"Mançester Siti" Özbəkistan millisinin müdafiəçisi Abduqodir Xusanovla yeni müqavilə imzalayıb.
Prosport.Az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, 22 yaşlı futbolçunun yeni müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədə olacaq. Xusanovun əvvəlki sözləşməsinin müddəti isə 2029-cu ilin yayında başa çatmalı idi.
Abduqodir Xusanov 2025-ci ilin yanvarında Fransanın "Lans" klubundan "Mançester Siti"yə transfer olunub.
Özbəkistanlı müdafiəçi bu müddət ərzində bütün turnirlərdə 47 oyunda meydana çıxaraq 1 qol vurub. O, "Mançester Siti"nin heyətində İngiltərə Kuboku və Liqa Kubokunun qalibi olub.

