UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Sabah"ın rəqibi olan KuPS Finlandiya çempionatında növbəti oyununa çıxıb.
Prosport.Az xəbər verir ki, komanda XVII turda öz meydanında VPS ilə qarşılaşıb. Görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hazırda KuPS 36 xalla turnir cədvəlinə başçılıq edir.
Qeyd edək ki, "Sabah" bu komanda ilə iyulun 28-də səfərdə üz-üzə gələcək. İlk matçda Azərbaycan klubu 1:0 hesabı ilə qalib gəlib.

