"Qarabağ"dan bu yay "Seltik"ə transfer olunan Kamilo Duran məhsuldar çıxışını davam etdirir.
Prosport.Az xəbər verir ki, kolumbiyalı hücumçu bu dəfə İtaliyanın "Milan" klubuna qarşı keçirilən yoldaşlıq oyununda fərqlənib.
Duran "Seltik Park" stadionunda baş tutan görüşün 11-ci dəqiqəsində hesabı açaraq komandasını önə keçirib.
24 yaşlı futbolçu bununla da "Seltik"in heyətində ardıcıl üçüncü yoldaşlıq matçında qol vurmağa nail olub. O, bundan əvvəl "Sportinq" və "Midlsbro" ilə keçirilən oyunlarda da rəqib qapısına yol tapmışdı.
Qeyd edək ki, Kamilo Duran 2025-ci ilin yayından 2026-cı ilin yayına qədər "Qarabağ"ın formasını geyinib.

