Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Azərbaycan müsəlman ölkəsidir və bunu hiss edirəm" – "Sumqayıt"ın legioneri
    21.08.2023 00:15:40

    "Sumqayıt"ın Pakistan əsilli ingiltərəli legioneri İsa Suliman Premyer Liqanın III turunda ilk qolunu "Qəbələ"yə vurdu. 

    Prosport.Az xəbər verir ki, 25 yaşlı mərkəz müdafiəçisi oyundan sonra jurnalistlərə müsahibə verib.

    – İlk olaraq oyun barədə fikirlərinizi öyrənək...
    – Çətin oyun oldu. Heç də yaxşı formamızda deyildik. Amma biz xarakter göstərərək istədiyimiz nəticəni əldə etdik.

    – Formada olmadığınızı dediniz. İstədiyiniz formada olmağınız üçün təxminən neçə tur keçməsi lazımdır?
    – Bunu zaman göstərəcək. Bunun üçün daha çox oyun keçirməyimiz lazımdır.

    – Ölkəmizdə ilk qolunuzu vurdunuz...
    – Vurduğum 1-ci qolla komandamın qələbə qazandığı üçün fəxr edirəm.

    – Davamı gələ bilərmi? Ümumiyyətlə, standard vəziyyətlərdən fərqlənməyi xoşlayırsınız?
    – Açığı, mənim üçün əsas olan qol vurmaq yox, müdafiədə komandama kömək etməkdir. Səmimi etiraf edim ki, peşəkar karyeramda ilk qolumdur. Adət etdiyim bir şey deyil (gülür).

    – Sona yaxın 1 epizodda topu boş qapıdan çıxardınız. Vurduğunuz qolu, yoxsa komandanızı qoldan xilas etməyi daha dəyərli hesab edirsiniz?
    – Mənim üçün qol vurmaq daha fərəhlidir. Lakin əsas məqsədim müdafiədən oynamaqdır. Ən əsas olanı isə nəticə idi və onu da qazandıq.

    – Bu gün matçın adamı olmağınız ölkəmizə daha yaxşı adaptasiya olmağınıza nə kimi fayda verə bilər?
    – Təbii ki, daha çox köməyi dəyəcək. Daha çox oyun, daha çox zaman lazımdır. Cəmi 1 aydır burdayam və 2 oyun keçirmişəm. Lakin oyunun qəhrəmanı olmasam belə, üzərimdə daha çox işləyirəm ki, proses tez keçsin.

    – Premyer Liqanın səviyyəsi bura gələnə qədər düşündüyünüz kimidir, yoxsa gözlədiyinizdən daha yaxşı səviyyə ilə üz-üzəsiniz?
    – Gələnə qədər o qədər də məlumatlı deyildim. Əslində indi də çox məlumatlı sayılmaya bilərəm. Cəmi 2 oyun keçirmişəm. Amma yaxşı olduğunu deyə bilərəm. Müxtəlif ölkələrdən legionerlər var. Elə hücumçular var ki, mənə çətinlik yarada biləcək. Onlara qarşı oynamaqla təcrübə yığacağam.

    – Azərbaycanla bağlı ilkin təəssüratlarınız necədir?
    – Mən Sumqayıtda yaşayıram. Paytaxt Bakı da yaxın olduğu üçün gedib-gəlirəm. Fikirlərim çox müsbətdir.

    – Azərbaycanda pakistanlılara xüsusi münasibət var. Bunu hiss edirsiniz?
    – Bura gəlməmişdən əvvəl ölkələrimiz arasında yaxşı münasibətlərin olduğunu demişdilər. Müsəlman ölkəsidir və mən də bunu hiss edirəm. Azərbaycanlılar haqqında fikrim çox yaxşıdır.

    Müsahibə

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Müsahibə

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    Futbol

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    Müsahibə

    "4-5 qol vurmaq istəyərdik" "Qarabağ"ın legioneri

    19.09.2026 11:41:16
    Cüdo

    "Rəşidin bu uğuru Hidayət Heydərov üçün də əlavə həvəsdir" – Fərhad Məmmədov

    19.09.2026 09:20:52
    Müsahibə

    "Çox istərdim ki, "Kəpəz" Gəncədə final oynasın" – Azər Məmmədov

    18.09.2026 21:12:13
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59

    Boksçularımız Çində 10 medal qazandı

    28.09.2026 20:15:54

    Mingəçevir Reqatasının püşkü atıldı - FOTOLAR

    28.09.2026 19:40:16

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08

    "Sumqayıt" ucaboy hücumçu transfer etdi

    28.09.2026 18:11:49

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11

    Cüdo yığmamız Sarayevodakı turniri 5 medalla tamamladı

    28.09.2026 17:19:23

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44

    Kikboksçularımız dünya çempionatından 16 medalla qayıdır

    28.09.2026 16:18:05

    Millimiz 16 cavabsız qolla uduzdu

    28.09.2026 15:53:47

    "Sumqayıt" növbəti transferini açıqladı

    28.09.2026 15:41:55

    Yeni hücumçu ilə 1 illik müqavilə imzalandı

    28.09.2026 15:15:25

    "Turan"dan Çempionlar Liqası jesti: Biletlər pulsuz olacaq

    28.09.2026 14:46:46

    "Qəbələ"də yeni təyinatlar

    28.09.2026 14:13:07
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved