Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Vicdanın yol verdiyi qədər açıqlama – MDB Oyunlarına tənqidi baxış
    15.08.2023 09:41:02

    "Medalların 10-u qızıldır. 2 il öncə Rusiyanın Kazan şəhərində keçirilmiş ilk MDB Oyunlarında Azərbaycan 60 medal əldə etmişdi. Həmin vaxt yarışı medalların əyarına görə 4-cü, sayına görə isə 5-ci sırada bitirmişdik. II MDB Oyunlarında isə həm medalların əyarı, həm də sayı baxımından 4-cü yeri tutduq. Şükürlər olsun ki, əvvəlki ilə müqayisədə daha yaxşı nəticə göstərilib".

    Bu sözlər Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədova aiddir. 

    Azərbaycanda idmanın inkişafından cavabdeh olan şəxsin bu açıqlaması üzərində gəzdikdə, hər şeyin fərqli olduğunu görürsən. Ona görə də təhlil aparmağın vaxtıdır.

    İdmançılarımız Belarusda keçirilən II MDB Oyunlarında 10 qızıl, 17 gümüş, 35 bürünc medal əldə edib. II MDB Oyunlarında komanda hesabında ən yaxşı nəticəni Rusiya yığması göstərib – 288 medal (149 qızıl, 89 gümüş, 50 bürünc). Meydan sahibi Belarus 236 medalla (48 qızıl, 78 gümüş, 110 bürünc) 2-ci, Özbəkistan 106 medalla (28 qızıl, 25 gümüş, 53 bürünc) 3-cü pillədə qərarlaşıb.

    Son illər idmanda inkişafda olan 3-cü sırada olan Özbəkistanla 4-cü pilləni tutmuş Azərbaycanın qazandığı medalların həm sayında, həm də əyarında yerlə göy arasında fərq var. 106-dan 62 çıxdıqda 44 medal say fərqini görmək mümkündür. Qızıl əyarı baxımından fərqə baxdıqda isə bu rəqəm 18 edir. Bu qədərmi özbəklər bizdən irəli inkişafa nail oldularmı? Sualın özü ritorikdir və özündə cavabı ehtiva edir.

    Elnur Məmmədov deyir ki, 2019-cu ildə Kazanda keçirilmiş I MDB Oyunlarındakı nəticədən yaxşısı əldə olunub. Kəmiyyət, yoxsa keyfiyyət önəmlidir? Bunu idmandan yaxşı bilməyən kütləyə demək olar. Amma idman mütəxəssisləri üçün bu söz "qaraçı malını tərifləməy"ə bərabərdir.

    O zaman deyim. Kazanda qazanılan 60 medalın 16-sı qızıl idi. 16-sı gümüş, 28-i bürünc medal idi. Lap 100 bürünc medal əldə etsən, 1 qızıl medalı əvəzləyərmi? Məncə, yox. Üstəlik, Kazanda 3-cü sıranı Qazaxıstana cəmi 3 qızıl medala görə uduzmuşduq.

    Belarusda qazanılan 10 qızıl medaldan 6-sı yapon idman növlərinin (cüdo, karate), 2-si güləşin, 1-i atıcılığın, 1-i ağırlıqqaldırmanın payına düşür. 16 idman növündə 177 idmançımız yarışda iştirak edib. Bəs digər idman növləri niyə yatıb? Bizə yad olmayan döyüş növləri – boksda, muay-tayda və ya samboda niyə qızıl medal yoxdur? Axı, bu yarışda onlardan qızıl medal tələb etmək kimi haqqımız var. Bu ki MDB Oyunlarıdır. Burada MDB-yə aid olmayan, idmanda bizdən qat-qat aşağı səviyyədə olan LİVAN, BƏƏ, PAKİSTAN, BƏHREYN, MALAYZİYA, KÜVEYT, OMAN, VENESUELA kimi ölkələr iştirak edirsə, niyə qızıl medal gözləməyək ki?

    Biz tərəfdə Elnur Məmmədovun bu açıqlamasına vicdanın yol verdiyi qədər açıqlama deyilir. III MDB Oyunları 2025-ci ildə Gəncədə keçiriləcək. Avropa Oyunları, Universiada, MDB Oyunlarındakı zəif nəticələr həm də Elnur Məmmədovun ayağına yazılır. Əgər Olimpiya çempionundan aldığınız bu vəzifənin 2025-ci ilədək qalmasını arzulayırsınızsa, içindəki vicdanı öldürmək yox, idmanın inkişafı üçün iş görmək lazımdır. Əks halda, "Neftçi"də və Voleybol Federasiyasındakı aqibət sizin üçün heç də uzaqda olmayacaq.

    Səbuhi Musa 

    Digər idman növləri

    “ALUFAR IRONMAN" yarışı başa çatdı – FOTOLAR

    6.09.2026 20:11:13
    Digər idman növləri

    Təmsilçilərimiz Yaponiyada keçirilən yarışda 6-cı oldu – FOTOLAR

    6.09.2026 17:53:55
    Digər idman növləri

    Bakıdakı triatlon yarışının qalibləri bilindi: 3 idmançımız fəxri kürsüdə - FOTOLAR

    5.09.2026 19:23:35
    Digər idman növləri

    Bakıda yarışa görə bağlanan yollar açıldı

    5.09.2026 15:18:42
    Stolüstü oyunlar

    Mahir Məmmədov Olimpiada öncəsi şahmatçılarla görüşdü

    5.09.2026 15:13:44
    Digər idman növləri

    Qubada 24 min manatlıq turnir start götürdü

    5.09.2026 14:12:48
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Koxalskinin gedişindən hələ mənim xəbərim yoxdur" - Qurban Qurbanov

    6.09.2026 23:10:53

    Türkiyə millisi ikinci dəfə Avropa çempionu oldu

    6.09.2026 23:05:53

    “Qarabağ”a qarşı belə mübarizə aparmaq olar" - Zaur İsmayılov

    6.09.2026 22:53:44

    Premyer Liqa: "Qarabağ"dan ardıcıl 3-cü qələbə - VİDEO

    6.09.2026 22:08:54

    "Mançester Yunayted" "Sabah"la oyundan əvvəl xal itirdi

    6.09.2026 22:08:23

    "Nəticə oyuna görə olmadı" – Filipe Kandidu

    6.09.2026 20:44:53

    "Mən bu işlərə qarışmamağa çalışıram" – Qurban Berdiyev

    6.09.2026 20:41:35

    Taekvandoçularımızdan 2 qızıl medal – FOTOLAR

    6.09.2026 20:15:34

    “ALUFAR IRONMAN" yarışı başa çatdı – FOTOLAR

    6.09.2026 20:11:13

    "Turan Tovuz"dan autsayder üzərində çətin qələbə - VİDEO

    6.09.2026 20:05:59

    "Qarabağ" – "Araz-Naxçıvan": HEYƏTLƏR

    6.09.2026 19:14:00

    FIFA təsdiqlədi, o da namizəddir

    6.09.2026 18:57:04

    Təmsilçilərimiz Yaponiyada keçirilən yarışda 6-cı oldu – FOTOLAR

    6.09.2026 17:53:55

    "Turan Tovuz" – "Sumqayıt": HEYƏTLƏR

    6.09.2026 16:57:46

    Osimhen 3 həftə yaşıl meydanlardan uzaq qalacaq

    6.09.2026 16:26:23
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved