Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 1/4 final mərhələsinin 2-ci oyunlarına start verilib.
Prosport.Az xəbər verir ki, günün ilk matçında "Turan" doğma meydanda "Murov Az Terminal"ı qəbul edib.
İlk görüşdə 3:0 hesablı qələbə qazanan Tovuz təmsilçisi cavab matçında da rəqibinə set verməyib. Bu nəticə bölgə klubunu yarımfinala yüksəldib.
Günün digər oyunu saat 18:00-da "DH Volley" və "Azərreyl" arasında olacaq. Oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq. "DH Volley" də ilk matçda inamlı qələbə qazanıb - 3:0.
Xatırladaq ki, 1/4 finalın digər oyunları aprelin 3-də reallaşacaq.

