Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    Azərbaycanlı məşqçilər tənbəldirmi? – ARAŞDIRMA
    27.03.2026 09:34:02

    “Təəssüf ki, azərbaycanlı məşqçilər tənbəldir".

    Bu sözləri idman.biz-ə açıqlamasında Azərbaycanın gənclər və yeniyetmələrdən ibarət qız voleybol komandalarımızın baş məşqçisi Şahin Çatma deyib.

    Türkiyəli mütəxəssisin bu sözləri Azərbaycan voleybol ictimaiyyətində qıcıq formalaşdırıb. Prosport.Az bu məsələ ilə bağlı müəyyən araşdırma aparmaq qərarına gəlib. 
    Doğrudanmı, azərbaycanlı məşqçilər tənbəldirmi? Bunun üçün qadın və kişi komandaların voleybol çempionatlarına nəzər salmalı olduq. 

    Qadın komandaların Yüksək Liqasında çıxış edən 9 komandadan 3-nün baş məşqçisi yerli, digərləri əcnəbi mütəxəssislərdir. Və hər 3 yerli məşqçi voleybol ölkəsi olan İtaliya, Türkiyə, Braziliya və Rusiya məşqçilərini turnir cədvəlində qabaqlayır (sıralama turnir cədvəlinə görədir). Şahin Çatmanın özünün çalışdırdığı "Gənclər" komandası isə bütün görüşləri uduzaraq və xal belə qazanmayaraq mövsümü erkən başa vurub. "Gənclər" çempionatda pley-offa çıxmayan yeganə komandadır.   

    Qadınlar
    1. "Turan" – Ziya Rəcəbov (Azərbaycan)
    2. "DH Volley" – Fərid Cəlalov (Azərbaycan) 
    3. "Milli Aviasiya Akademiyası" – Emin Əbilov (Azərbaycan)
    4. "Gəncə" – Rafael Petri (Braziliya)
    5. UNEC – Covanni Torkio (İtaliya)
    6. "Abşeron" – Haluk Korkmaz (Türkiyə)
    7. "Azerreyl" – Paolo Tofoli (İtaliya)
    8. "Murov Az Terminal" – İqor Qoloqanov (Rusiya/Qazaxıstan)
    9. "Gənclər" – Şahin Çatma (Türkiyə)

    Kişilərin mübarizə apardığı 6 komandalı çempionatda isə 2 yerli, 4 əcnəbi məşqçi çalışır. Yalnız "Neftçi"nin ukraynalı baş məşqçisi Viktor Bondaryevin işinin öhdəsindən gəldiyini demək mümkündür. Cəlil Cəlilovun komandası turnir cədvəlində lider olmaqla bütün əcnəbi baş məşqçilərin kollektivlərini, Cavid Süleymanovun "Ordu"su isə digər 3 əcnəbi komandanın başçılıq etdiyi komandaları qabaqlayır. Sona 2 tur qaldığından, ilk "3-lük"də yerdəyişmənin olması da mümkündür.

    Üstəlik, bu əcnəbilərdən 2-si – Boris Qrebennikov və Cahangir Seyid Abbasi həm də millilərimizin baş məşqçiləridir. İran azərbaycanlısı olan məşqçinin komandası sonuncu sıradadır. O həm də oğlan voleybolçulardan ibarət gənclər və yeniyetmə millimizi çalışdırır. Boris Qrebennikov isə ötən ilin payızında Fərid Cəlalovun yerinə kişi voleybol millimizə baş məşqçi təyin olunub. "Azərreyl" isə onun rəhbərliyi altında yalnız gənc və yeniyetmələrdən qurulmuş "Gənclər" komandasını qabaqlaya bilir.

    Kişilər
    1. "FHN Xilasedici" – Cəlil Cəlilov (Azərbaycan)
    2. "Neftçi" İK – Viktor Bondaryev (Ukrayna)
    3. "Ordu" – Cavid Süleymanov (Azərbaycan) 
    4. "Murov Az Terminal" – Ruslan Jbankov (Rusiya/Finlandiya)
    5. "Azərreyl" – Boris Qrebennikov (Qazaxıstan/Fransa)
    6. "Gənclər" – Cahangir Seyid Abbasi (İran)

    Üstəlik, dahar bir məqam var. Bu, Azərbaycan voleybolunda yerli və əcnəbi məşqçilərə verilən maaşla bağlıdır. Azərbaycanlı baş məşqçi aya maksimum 2 min dollar qazana bilirsə, ölkəmizə gələn əcnəbi çalışdırıcılarda bu, təxminən 5 min dollardır. Fərqi gördünüzmü? Biz qəbul edirik ki, hər ölkədə, hər idman növündə əcnəbi məşqçiyə yerlidən daha çox pul verilməsi normal haldır. Çünki onlar Azərbaycana yerli məşqçidən üstün olduğu üçün dəvət olunur.

    Ancaq gətirilən əcnəbi məşqçilər də aldıqları pulun qarşılığını verməli və çalışdıqları ölkəyə öz bilik və bacarıqları ilə fayda verməlidir. Gəlib burada yerli məşqçilərə uduzmamalıdırlar.

    Şahin Çatmanın çalışdırdığı millilər Avropada hamıya hər setdə böyük hesabla uduzmaqla məşhurlaşıb. 2023-cü ilin iyunundan millilərimizi çalışdıran Çatma qaşlarını çatıb fikirləşməlidir: "tənbəl azərbaycanlı məşqçilərdir, yoxsa mən?"

    Mahmud

    Top oyunları

    Azərbaycan çempionunun "Sportinq"lə oyunlarının hakimləri bilindi

    17.09.2026 19:31:08
    Voleybol

    Tovuz klubunun Çempionlar Liqasındakı matçlarının hakimləri bilindi

    16.09.2026 14:46:43
    Voleybol

    "Turan" Çempionlar Liqasına İtaliyada hazırlaşır

    16.09.2026 11:16:01
    Voleybol

    "Turan"ın sahibi büdcəni artırdı

    16.09.2026 09:58:31
    Top oyunları

    Avropa çempionatı: Bütün oyunlarda məğlubiyyət

    14.09.2026 15:44:58
    Top oyunları

    Naxçıvan klubunun yeni rəhbərinin kimliyi bilindi – ARAŞDIRMA

    13.09.2026 09:14:52
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved