Azərbaycanlı hakim Kəmalə Əsgərova Avropa Voleybol Konfederasiyasından təyinat alıb.
Prosport.Az xəbər verir ki, o, qadın voleybolçular arasında keçirilən Çelenc Kubokunun 1/8 final mərhələsində Serbiyanın "Srvena Zvezda" və Danimarkanın "Holte" komandaları arasında baş tutacaq qarşılaşmada 2-ci hakim olacaq.
Matçın baş hakimi vəzifəsini xorvatiyalı Ana Stipaniçev yerinə yetirəcək.

