Çelenc Kubokunda çıxış edən kişi voleybolçulardan ibarət “Xilasedici” komandası 1/16 final mərhələsində Bakıda Belçikanın “Lindemans” kollektivi ilə üz-üzə gəlib.
Prosport.Az xəbər verir ki, FHN-nin idman zalında təşkil olunan qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, komandaların cavab oyunu 2026-cı il yanvarın 7-də Belçikada baş tutacaq.
