Azərbaycanın qadın həndbolçulardan ibarət millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında növbəti matçını keçirib.
Sportlife.az xəbər verir ki, yığma bu dəfə Qazaxıstanla üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 34:31.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Özbəkistana uduzub - 26:28. Komandanın Qətərlə matçı rəqib turnirə gəlmədiyi üçün baş tutmayıb.
