Fransanın paytaxtı Paris şəhərində keçirilən "Böyük Dəbilqə" turnirinin 2-ci günündə 90 kq çəki dərəsəsində yarışan cüdoçumuz Murad Fətiyev gümüş medal qazanıb.
Prosport.az xəbər verir ki, Murad finalda 2019-cu ilin dünya çempionu olmuş niderlandlı cüdoçu Novel van t End ilə qızıl medal uğrunda gücünü sınayıb. İdmançımız vaza-ari xalı ilə uduzaraq gümüş medalla kifayətlənib.
100 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Zelim Kotsoyev isə belçikalı cüdoçu Toma Nikiforova qalib gələrək bürünc medala sahib olub.