Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinə start verilib.
Prosport.Az xəbər verir ki, ilk olaraq "Abşeron" və "Gəncə" komandaları üz-üzə gəlib.
Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
“Milli Aviasiya Akademiyası” – "Azərreyl" matçında isə "dəmiryolçular" 3:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, bu raundun ikinci oyunları aprelin 17-də baş tutacaq.
