Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        P.S.
    "Ölkədə istedadlı uşaqları udan "anakonda" – YAZI
    30.06.2023 16:37:08

    Futbolla peşəkar məşğul olan uşaqlarımız üçün hərbi xidmət məsələsinə yenidən baxılmalı və elə bir qayda düşünülməlidir ki, istedadlı balalarımız itib yox olmasınlar. Azərbaycanda istedadlı futbolçuların böyük bir qismi məhz həyatın bu fazasında yoxa çıxırlar, itirən isə Azərbaycan futboludur.

    İllərdir bu problem həll olunmur və buna təbii səbəblər var idi. Suveren ərazilərimizin işğalda olması hərbi xidmət peşəsindən asılı olmayaraq, hər kəs üçün məcburi edirdi. Lakin 2020-ci ildən bu yana vəziyyət köklü surətdə dəyişib və ölkə rəhbərliyi bu istiqamətdə yeni təcrübələri sınaqdan çıxara bilər. Buna ehtiyac var.

    Təsadüfi deyil ki, hərbi xidmət yaşı çatmış peşəkar futbolla məşğul olan və klublarla müqaviləsi olan gənclər hərbi xidmətdən döndükdən sonra, ya bezib daha futbolla məşğul olmurlar, ya da bütün parametrlər üzrə elə bərbad vəziyyətdə olurlar ki, əvvəlki formanı bərpa edib geri qaytarmaq müşkülə çevrilir. Bir sözlə, heyf olub gedirlər.

    Düşünün ki, 5-6 yaşlardan ta 18 yaşa qədər böyük fiziki-mənəvi əziyyətlər çəkmiş, yolunda maddi vəsaitlər xərclənmiş, bəlli bir səviyyəyə çatmış uşaqları "hərbi xidmət" adlı ANAKONDA udub yoxa çıxarır. Kərəmi də, bax, o yerdə zırın-zırın ağlamaq tutur.

    Buna görə də, dövlət bu məsələ ilə bağlı müəyyən dəyişikliklər etsə, ümumi işin xeyrinə olar. Ümumi iş isə Respublikada futbolun fundamental əsaslarda inkişafıdır. Bizdən qat-qat kasıb olan, insan resursları bizdən bir neçə dəfə az olan digər Cənubi Qafqaz ölkələri bu mənada ölkəmizi xeyli qabaqlayıblar. Bu isə xalqımızı, yüzminlərlə futbolsevəri məyus edir.

    Hə, kimsə deyə bilər ki, futbolçuların hərbi xidmətlərini rahat keçə bilməsi üçün MOİK (Ordu İdman Klubu) var. Lakin futbolun içində olanlar, xüsusilə mən özüm çox qəşəng bilirik ki, son 30 ildə MOİK-də bu planda necə "bazar açılıb".

    Hətta futbola aidiyyatı olmayan yüksək vəzifəli şəxslərin uşaqlarının və ya qohum-əqrəbalarının "böyük pullar" qarşılığında hərbi xidmətini MOİK sıralarında çəkdiyini bilməyən az adam olar. Belədə, onsuz da boş yerlərin məhdud olduğu MOİK-də hərbi xidmət yaşı çatmış gənc futbolçulara yer qalmır. Hələ bunun rəislərdən ötrü "Bakı qeydiyyatı" və ya "rayon qeydiyyatı" kriteriyaları var ki, orada da şıdırğı alverə meydan yaranıb illərdir.

    Yaxşı yadımdadır, əvvəllər Ədliyyə sisteminin nəzdində olan hərbi rejimli futbol komandası da var idi, hərbi xidmət yaşına çatmış gənclər əsgərliklərini məhz "Ədliyyə" klubunda da keçə bilirdilər. Deyəsən, xeyli müddətdir o da ya dağılıb, ya da yerli-dibli ləğv ediblər.

    Bir də, pis xatırlamıramsa, Beyləqandakı "n" saylı hərbi hissədə Qara Bəbir idman və futbol təsisatı var idi, orada da gənc futbolçuların vətənə borcunu futbol oynayaraq ödədiyini bilirik. Bütün bunlar indi varmı-yoxmu, bilmirəm.

    Məsələ burasındadır ki, hətta bunlar varsa da, fiziki planda eyni vaxtda hərbi xidmət yaşına çatmış yüzlərlə müqaviləli peşəkar futbolçunu sıralarına götürmək imkanında ola bilməzlər.

    Ona görə də, məsələ mütləq köklü həllini tapmalıdır, daha doğrusu müvafiq qanunvericilikdə dəyişiklik edilməlidir.

    Bir halda ki, ərazi bütövlüyümüz tam bərpa olunub, geniş miqyaslı müharibə ehtimalı artıq aradan qalxıb, Milli Ordumuz daha peşəkar hərbi birliklərlə (məsələn, "Komando") gücləndirilmək xətti tutub, o zaman ucdantutma hər kəsin hərbi xidmət keçməsinə gərək qalmır, xüsusilə də futbolçuların. Dünyada da bununla bağlı xeyli mütərəqqi təcrübə var.

    İdman da ölkəni dünyada təmsil edə bilmək, bayraq ucaltmaq üçün xüsusi sahədir, futbol isə çoxdan idman olmaqdan çıxıb, daha beynəlmiləl əhəmiyyət kəsb etməyə başlayıb, ölkəni tanıtmaq baxımından unikal qlobal sahəyə çevrilib. "Qarabağ" futbol klubunun timsalında buna illərdir şahidik.

    Bu məntiqlə yanaşsaq, kimsə yəqin etiraz etməz ki, istedadlı, perspektiv vəd edən idmançılarımızın, futbolçularımızın karyerasını qorumaq həm də dövlətin borcudur. Elə buna görə də, hərbi xidmətin sırf futbolla və futbolçularla bağlı peşəkar qaydalarına (ödənişli və ya xüsusi istisna hallar), istər Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, istərsə də Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə dövlətin aidiyyatı qurumlarının yenidən baxmasına zərurət yaranıb, vaxtıdır, ləngitməyək.

    Futbol

    "Turan Tovuz"un 2 milyon dollarlıq sponsoru kimlərdir? – ARAŞDIRMA

    5.08.2026 15:58:30
    Futbol

    CV ilə milliyə məşqçi təyinatı olar? – YAZI

    27.07.2026 12:17:33
    P.S.

    İşçiləri Ehtiram Quliyevi azı 100 min ziyana saldı

    18.06.2026 21:08:53
    P.S.

    "Turan Tovuz" məsələsində kim günahkar oldu? – YAZI

    16.06.2026 19:49:47
    P.S.

    Aldanmış başqan... - YAZI

    13.06.2026 14:12:44
    P.S.

    Məsuliyyətsizliyin əndişəsi – YAZI

    1.06.2026 08:19:20
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Koxalskinin gedişindən hələ mənim xəbərim yoxdur" - Qurban Qurbanov

    6.09.2026 23:10:53

    Türkiyə millisi ikinci dəfə Avropa çempionu oldu

    6.09.2026 23:05:53

    “Qarabağ”a qarşı belə mübarizə aparmaq olar" - Zaur İsmayılov

    6.09.2026 22:53:44

    Premyer Liqa: "Qarabağ"dan ardıcıl 3-cü qələbə - VİDEO

    6.09.2026 22:08:54

    "Mançester Yunayted" "Sabah"la oyundan əvvəl xal itirdi

    6.09.2026 22:08:23

    "Nəticə oyuna görə olmadı" – Filipe Kandidu

    6.09.2026 20:44:53

    "Mən bu işlərə qarışmamağa çalışıram" – Qurban Berdiyev

    6.09.2026 20:41:35

    Taekvandoçularımızdan 2 qızıl medal – FOTOLAR

    6.09.2026 20:15:34

    “ALUFAR IRONMAN" yarışı başa çatdı – FOTOLAR

    6.09.2026 20:11:13

    "Turan Tovuz"dan autsayder üzərində çətin qələbə - VİDEO

    6.09.2026 20:05:59

    "Qarabağ" – "Araz-Naxçıvan": HEYƏTLƏR

    6.09.2026 19:14:00

    FIFA təsdiqlədi, o da namizəddir

    6.09.2026 18:57:04

    Təmsilçilərimiz Yaponiyada keçirilən yarışda 6-cı oldu – FOTOLAR

    6.09.2026 17:53:55

    "Turan Tovuz" – "Sumqayıt": HEYƏTLƏR

    6.09.2026 16:57:46

    Osimhen 3 həftə yaşıl meydanlardan uzaq qalacaq

    6.09.2026 16:26:23
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved