Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Hər 2 istiqamətdə çalışmaq çətindir" – Millinin yeni baş məşqçisi
    16.06.2023 15:39:36

    Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib və toplantıda futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi məsələsinə aydınlıq gətirilib.

    Prosport.Az xəbər verir ki, komandanı qarşıdakı 1 il ərzində Vitali Borisov çalışdıracaq. Bir müddət əvvəl “Araz-Naxçıvan” komandasına da təyinatı rəsmiləşən V.Borisov millinin baş məşqçisi kimi azfutzal.az-ın suallarını cavablandırıb.

    – Növbəti təyinatınız münasibəti ilə təbrik edirik. Ardıcıl 2-ci təyinat nə dərəcədə gözlənilən oldu?
    – Təbrikə görə təşəkkür edirəm. Həqiqətən də gözlənilməz oldu. Əlbəttə, milli komandada həm oynamaq, həm də işləmək fəxrdir. Hər bir idmançının arzusudur ki, təmsil etdiyi idman növündə öz ölkəsinin adını ucaltsın. Biz də bu fürsəti düzgün dəyərləndirməyə çalışacağıq.

    – Həm millinin, həm də “Araz-Naxçıvan”ın baş məşqçisi kimi 2 cəbhədə çalışmaq çətin olmayacaq?
    – Razıyam, hər 2 istiqamətdə çalışmaq çətindir. “Araz-Naxçıvan” tək daxili çempionatda deyil, Çempionlar Liqasında da uğur qazanmaq üçün mübarizə aparacaq. Digər tərəfdən, bu klub millinin də bazası hesab olunur. Deməli, yığma ilə bağlı işimizin bir hissəsini klubda görəcəyik. Millinin də tapşırığı var. Çalışacağıq ki, hər 2 cəbhədə yaxşı nəticələr qazanaq.

    – Milli komandada köməkçi məşqçilər kimlər olacaq?
    – “Araz-Naxçıvan”dakı heyətlə birgə çalışacağıq. Serb mütəxəssislər – Predraq Rayiç və Zoran Rakiçeviç köməkçilərim olacaq. Zoran qapıçılarla işləyəcək.

    – Artıq millinin elit-raunddakı rəqibləri müəyyənləşib. A qrupu haqda düşüncələrinizi bilmək istərdik...
    – Bu mərhələdə zəif rəqib olmur. Elit-raunda qədər 2 mərhələ keçirilib və güclülər son raunda qalıb. Niderland və Rumıniya yığmaları reytinq cədvəlində bizdən aşağı pillələrdə yer alsalar da, döyüşkən kollektivdirlər. Qazaxıstan millisinin isə xüsusi təqdimata ehtiyacı yoxdur. Bu komanda son 2 dünya çempionatının final mərhələsində iştirak edib. Onlar dünyanın ən güclülərindən biridirlər.

    – Artıq təqvim də müəyyənləşib. Səfərdə başlayıb, rəqib meydanında da yekunlaşdıracağıq. Bunun planlarınıza hansısa şəkildə təsiri olacaqmı?
    – Harada başlayıb, harada bitirmək böyük rol oynamır. Əsas məqam komandanın hazır olması, futzalçıların zədə və ya hansısa səbəbdən komandaya kömək edə bilməməsidir.

    – Şansları necə qiymətləndirirsiniz?
    – Hazırkı məqamda komandaların hamısının şansı bərabərdir.

    Futbol

    "İspan jurnalistlər zəng edib Azərbaycan futbolu ilə maraqlanırlar" – "Barselona" və "Sabah"ın sabiq futbolçusu

    24.11.2026 15:19:10
    Müsahibə

    "Bəxt bizim tərəfimizdə deyildi" – "Kəpəz"in qapıçısı

    23.11.2026 10:24:41
    Basketbol

    "Məqsədimiz bu sindromu qırıb zirvəyə yüksəlməkdir" - "Sumqayıt"ın hücumçusu

    20.11.2026 15:15:51
    Cüdo

    "1 qızıl və 1 bürünc medal super nəticədir" - Fərhad Rəcəbli

    18.11.2026 17:13:52
    Cüdo

    "Oğluma demişəm ki, mən etdiyim səhvləri sən etmə" – Ömər Rəcəblinin atası

    16.11.2026 09:40:05
    Müsahibə

    “İndiyədək bu inamsızlığa görə medalsız qalmışdım” – 3 il sonra yer tutan Gültac Məmmədəliyeva

    14.11.2026 20:20:30
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi" - "Zirə": Hər iki komanda oyuna itkilərlə çıxacaq

    26.11.2026 23:13:20

    Turun mərkəzi oyununda qalib müəyyənləşmədi

    26.11.2026 22:43:10

    Tərtər "Gənclər paytaxtı", Masallı isə "İdman paytaxtı" seçildi

    26.11.2026 22:16:20

    Azərbaycan taekvondoçusu Qran-pri finalında

    26.11.2026 21:46:34

    Premyer Liqamızın keçmiş bombardiri "Neftçi"də işə başladı

    26.11.2026 21:21:24

    Azərbaycan Kubokunun qalibləri müəyyənləşdi

    26.11.2026 20:52:49

    "Səbail"in prezidenti ”Sabah”ı da aldatdı - 20 minlik borc

    26.11.2026 20:38:05

    "Qarabağ"dan xanım azarkeşlərinə jest - Biletlər pulsuz olacaq

    26.11.2026 20:22:04

    "DH Volley" ilk oyunda Polşa klubuna məğlub oldu

    26.11.2026 19:49:34

    "Sabah" bu münasibətlə Valdas Dambrauskası təbrik etdi

    26.11.2026 19:19:11

    “Şahdağ Qusar" 1-ci dövrənin qalibi oldu - Turnir cədvəli

    26.11.2026 18:37:57

    Dünya çempionatında uğur qazanan veteran güləşçilərlə görüş

    26.11.2026 18:10:57

    "Sabah" rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verdi

    26.11.2026 17:45:30

    Azarkeş rekordu: "Sabah" - "Barselona" oyunu ilk "3-lük"də

    26.11.2026 17:14:52

    Bakıda zədələnən futbolçu uzun müddət oynamaya bilər

    26.11.2026 16:47:34
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved