“Qarabağ”ın maraq göstərdiyi Sofiya MOİK-inin yarımmüdafiəçisi Ceyms Etoo ilə bağlı yeni məlumat yayılıb.
Prosport.Az temasport.bg-yə istinadən xəbər verir ki, Bolqarıstan təmsilçisi kamerunlu futbolçunun transferindən ən azı 2 milyon avro qazanmaq istəyir.
Bildirilir ki, MOİK “Qarabağ”dan daha yüksək məbləğ də tələb edə bilər. Klubun danışıqlarda mövqeyini gücləndirən əsas amil Etoo ilə müqavilənin əvvəlcədən 2028/29 mövsümünün sonunadək uzadılmasıdır.
Qeyd edək ki, MOİK bu mövsüm Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdırıb. Hər iki görüş 0:0 hesabı ilə başa çatıb, penaltilər seriyasında isə Bolqarıstan təmsilçisi 5:4 hesabı ilə qalib gəlib. Həlledici penaltini məhz Ceyms Etoo dəqiq yerinə yetirib.
