“Şamaxı” heyətini yeni futbolçu ilə gücləndirib.
Prosport.Az xəbər verir ki, bölgə təmsilçisi belçikalı hücumçu Conatan Bentekeni heyətinə qatıb.
34 yaşlı forvardla 1 illik müqavilə imzalanıb.
Conatan Benteke son olaraq Lüksemburqun “Union Titus Petanj” klubunda çıxış edib. O, Belçika millisi və İngiltərənin “Liverpul” klubunun sabiq hücumçusu Kristian Bentekenin qardaşıdır.
Qeyd edək ki, Conatan Bentekenin "Şamaxı" ilə anlaşdığını ilk dəfə Prosport.Az saytı yazmışdı.

