Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Stolüstü oyunlar
    AŞF narazı şahmatçının ittihamlarına cavab verdi
    11.07.2024 12:41:26

    Azərbaycan Şahmat Federasiyası Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparacaq milli komandaların formalaşması və yarışda iştirakla bağlı əsas şərtləri açıqlayıb.

    Prosport.Az xəbər verir ki, yığmanın heyəti iti zəka sahiblərinin cari il ərzində daxili və beynəlxalq turnirlərdə, o cümlədən yerli yarışlar arasında ən önəmli sayılan Azərbaycan çempionatında iştirakı, onların oyun hazırlığı, federasiyanın təşkil etdiyi məşqlərə qatılması, milli komanda dəyərlərinə hörmət etmək kimi prinsiplər əsas götürülür.

    Bildirilib ki, milliyə dəvət alan şahmatçı kollektivdaxili münasibətlərin və işgüzar ab-havanın möhkəmlənməsində iştirak etməli, komanda ruhuna sadiq olmalı və ümumi məqsədi şəxsi prinsipindən üstün saymalıdır: “Millinin formalaşmasında şahmatçının FIDE reytinqi nəzərə alınır, lakin bu amil həlledici rol oynamır. Yığmaya namizədlər Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin üzvləri ilə müzakirə edilir və yekun qərar qəbul olunur”.

    Qeyd edək ki, sentyabrda Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan həm kişi, həm də qadınlardan ibarət komandalarla təmsil olunacaq. Kişi şahmatçılardan ibarət milli komandaya Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı dəvət olunub. Qadın şahmatçılardan ibarət milli komandada isə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova medallar uğrunda mübarizə aparacaqlar.

    Milli komandanın heyəti formalaşarkən hər bir heyət üçün bir ehtiyat şahmatçı seçilib. Kişi və qadın şahmatçılardan ibarət komandalardan, müvafiq olaraq, Vasif Durarbəyli və Ayan Allahverdiyeva ehtiyat iştirakçı kimi siyahıya əlavə edilib. Milli komandanın əsas üzvləri ilə yanaşı, ehtiyatda adı qeyd olunan şahmatçılar da Azərbaycan Şahmat Federasiyası tərəfindən təqaüd proqramına daxil edilib.

    Ümumdünya Şahmat Olimpiadası sentyabrın 10-dan 23-dək keçiriləcək.

    Xatırladaq ki, bir neçə gün öncə Vasif Durarbəyli yığmadan kənarda qaldığı üçün federasiya rəhbərliyini ittiham etmişdi. 

    Stolüstü oyunlar

    Şahmat yığmalarımızdan Səmərqənddə 1 heç-heçə, 1 qələbə

    19.09.2026 23:16:20
    Stolüstü oyunlar

    Şahmat yığmalarımız İngiltərə və Çexiyaya qarşı

    19.09.2026 10:24:38
    Stolüstü oyunlar

    Şahmat yığmalarımızdan itkisiz irəliləyir

    18.09.2026 19:34:34
    Stolüstü oyunlar

    Şahmat yığmalarımızın Olimpiadada növbəti sınağı

    18.09.2026 10:52:03
    Digər idman növləri

    Şahmat yığmalarımızdan Olimpiadada növbəti qələbə

    17.09.2026 21:16:53
    Digər idman növləri

    Yığmalarımız Danimarka və Filippinə qarşı

    17.09.2026 10:00:54
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37

    "Şamaxı" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qarşı

    20.09.2026 10:00:11
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved