Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qaradağ Lökbatan" Bakıda stadion tapa bilmir: "Azərsun Arena" da alınmadı
    7.05.2024 11:08:17

    Növbəti mövsüm idman prinsipləri qorunacağı halda, Azərbaycan Premyer Liqasına vəsiqə qazanması real görünən "Qaradağ Lökbatan"ın rəhbərliyi Bakıda stadion tapmaqda problemlə üzləşib.

    Prosport.Az-ın əldə etdiyi məlumata görə, danışıqlar aparılan stadionlar Gənclər və İdman Nazirliyinə məxsus Tofiq Bəhramov adına Respublika stadionu, "Qarabağ"a məxsus Suraxanıdakı "Azərsun Arena" və AFFA-ya məxsus “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin adını daşıyan Bayıldakı "ASCO Arena" olub.

    Heç kimə "Qaradağ Lökbatan"ın "Neftçi" İdman Klubu tərəfindən maliyyələşdiyi sirr deyil. "Neftçi" İdman Klubunun İdarə Heyətinin sədr müavini və İdarəetmə aparatının rəhbəri Sadıq Sadıqov da jurnalistlərə verdiyi son müsahibəsində mətbuatda yazıldığı kimi Ağsuda yox, Bakını təmsil etdikləri üçün paytaxtda oynamaq istədiklərinə işarə vurub. O bildirib ki, Lökbatandakı stadion Premyer Liqa standartlarına cavab vermədiyindən, ora təmirə bağlanacaq və klub ev oyunlarını digər arenada keçirəcək.

    Lakin əldə etdiyimiz məlumata görə, yuxarıda qeyd etdiyimiz stadionlarda ev oyunlarını keçirmək mümkün olmayacaq. Çünki danışıqlar uğursuz nəticələnib.

    Məsələn, "Qarabağ" tərəfi "Azərsun Arena"dan istifadə etdiklərini bildirib. Klubun direktoru Əmrah Çəlikəl saytımıza bu barədə bunları deyib: "Biz bu stadiondan məşq üçün istifadə edirik. Həm də zərurət olduğu halda, ev oyunlarımızı orada keçiririk. Yəni, bizim "Azərsun Arena"nı hansısa komandanın ixtiyarına verməyimiz mümkün deyil".

    Böyük ehtimalla, klub ev oyunlarını bölgədə keçirmək məcburiyyətində qalacaq. Artıq bunun üçün danışıqların digər fazası başlayıb.

    Səbuhi Musa

    Futbol

    "Barselona"nın oyununa baxanda gözlərim və boynum ağrayırdı" - Valdas Dambrauskas

    26.11.2026 00:41:09
    Futbol

    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik

    26.11.2026 00:16:13
    Futbol

    "Sabah"a 2 qol vurdu, ən yaxşı seçildi

    25.11.2026 23:52:24
    Futbol

    "Sabah" "Barselona" ilə bacarmadı - YENİLƏNİB + VİDEO

    25.11.2026 23:37:18
    Futbol

    Yenə Bakı, yenə Qordon

    25.11.2026 22:43:48
    Futbol

    II Liqa klubları cərimələndi

    25.11.2026 21:21:45
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Barselona"nın oyununa baxanda gözlərim və boynum ağrayırdı" - Valdas Dambrauskas

    26.11.2026 00:41:09

    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik

    26.11.2026 00:16:13

    "Sabah"a 2 qol vurdu, ən yaxşı seçildi

    25.11.2026 23:52:24

    "Sabah" "Barselona" ilə bacarmadı - YENİLƏNİB + VİDEO

    25.11.2026 23:37:18

    Çempionlar Liqası: "Turan" qrup mərhələsində məğlubiyyətlə başladı - YENİLƏNİB

    25.11.2026 23:14:05

    Yenə Bakı, yenə Qordon

    25.11.2026 22:43:48

    Həmyerlimiz Çempionlar Liqasına təyinat aldı

    25.11.2026 22:12:57

    ABL: VIII turun oyun cədvəli açıqlandı

    25.11.2026 21:51:13

    II Liqa klubları cərimələndi

    25.11.2026 21:21:45

    "Sabah" - "Barselona" - HEYƏTLƏR

    25.11.2026 20:48:44

    AFFA bu klubu liqadan kənarlaşdırdı

    25.11.2026 20:21:19

    Azərbaycanda hakimlərin xidmət haqqı normaları müəyyənləşdi

    25.11.2026 19:49:46

    "Barselona" "Sabah"la oyundan öncə bu xəbərə üzüldü

    25.11.2026 19:14:47

    Samuxda ilk cüdo zalı fəaliyyətə başladı

    25.11.2026 18:46:53

    Dünya çempionatı: FIFA referimizə növbəti təyinat

    25.11.2026 18:14:32
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved