Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Stadion icarəyə götürülməsi üçün danışıqlar gedir" – Sadıq Sadıqov
    21.04.2024 13:55:20

    "Neftçi" İdman Klubunun (İK) İdarə Heyətinin sədr müavini və İdarəetmə aparatının rəhbəri Sadıq Sadıqovun Prosport.Az saytına müsahibəsi

    – "Neftçi" basketbol komandası Azərbaycan Kubokunun qalibi oldu. Təəssüratlarınızı bilmək istərdik...
    – Artıq 2-ci mövsümdür ki, Azərbaycan Basketbol Liqasında iştirak edirik. Yeni komandayıq. İlk ilimizdə bizdə heç nə alınmadı. Həmin il sınaq mövsümü idi. Sonra heyəti gücləndirməyi qərara aldıq. Əcnəbi oyunçularımız var, ən güclü yerli basketbolçuları da cəlb etdik. Məqsəd Liqada və Kubokda çempionluq idi. Sözün düzü, çox adam Kuboku qazanacağımıza inanmırdı. Bu gün şans bizim tərəfimizdə oldu. 3-cü dövrənin əvvəlindən "Neftçi" önə keçdi və "Xəzri"yə 65:61 qalib gəldik. 4 xallıq üstünlük basketbolda böyük fərq hesab edilmir. Bu, qarşılaşmanın gərginliyindən xəbər verir. Oyunçular əzmkarlıq göstərdi. Fasilədən sonra onlara motivasiya verdik. Sağ olsunlar, başımızı uca etdilər.

    – "Neftçi" Kuboku qazanmaqla avrokuboklarda oynamaq imkanı əldə etdi. Beynəlxalq miqyasda yarışmaq istəyirsiniz?
    – Arzularımız böyükdür. Avrokuboklarda mübarizə aparmaq niyyətindəyik. Yenə komandaya transfer edilməlidir. Sponsorumuz SOCAR komandaya böyük dəstək olub. İnanıram ki, Avropada oynamaq üçün şans versələr, komandanı bir az da gücləndirib, əlimizdən gələni edəcəyik. Biz klub olsaq da, qarşımızda Azərbaycan adı yazılır. Ona görə ölkəmizi beynəlxalq arenada təmsil etmək və Azərbaycanın idman ölkəsi olduğunu göstərmək istəyirik.

    – Ümumiyyətlə, bu il "Neftçi" İK üçün uğurlu keçir. Futbolda "Qaradağ-Lökbatan" I Liqada liderdir, kişi voleybolunda "Neftçi" bu gün Azərbaycan 3-cüsü oldu, qızlardan ibarət 3x3 basketbol komandası Dünya Seriyasında 4 mərhələnin qalibi oldu...
    – Futzalda da 2-3-cü yer tutmaq və Azərbaycan Kubokunu qazanmaq şansımız var... Basketbola gəlincə, həmin qızlar 2022-ci ildən "Neftçi"ni təmsil edir. Onlar İslam Həmrəylik Oyunlarında da 2 dəfə qalib olub. Bu qızlarla Azərbaycan sensasiyaya imza atıb Olimpiadaya lisenziya qazandı. Vallah, mən düşünürəm ki, komandamız Olimpiadada da nəsə edə bilər. Biz qızlarımızın lisenziyaya sahib çıxacağına inanırdıq. Komanda idman növlərində bu, Azərbaycan adına bir ilkdir.

    – Ötənilki "Neftçi"nin heyəti bu il Dünya Seriyasında çıxış edəcək, yoxsa oradakı millimizin üzvləri bu dəfə Azərbaycan yığması adından çıxış edəcək?
    – Bizim üçün əsas dövlətimizin adıdır. Klubun məqsədi ancaq Azərbaycanı təmsil etməkdir. Fəxr edirəm ki, həmin heyətdə millimizin üzvləri də var.

    – "Qaradağ Lökbatan" olaraq Premyer Liqada oynamaq istəyirsiniz?
    – Turnir cədvəlində liderik. XXVI turda "Şamaxı"ya qalib gəldikdən sonra çempionluq barədə danışmaq olar. İnanıram ki, heç kim zəhmətimizi yerdə qoymayacaq. Hazırda UEFA və FIFA-nın tələb etdiyi sənədləşmə prosesi gedir. İnşallah, onu da çatdıracağıq. Sənədləri təqdim etmişik. 

    – Premyer Liqada oynasanız, stadion məsələsi necə olacaq?
    – "Araz-Naxçıvan" kimi klublar stadionu icarəyə götürüb oynayır. Deyilənə görə, növbəti mövsüm AFFA-dan klublara verilən maliyyə artırılacaq. Premyer Liqada iştirak etsək, burada öz sözümüzü deyə bilərik. Stadionumuz bəzi standartlara cavab vermir. Nəzərdə tutulur ki, Lökbatan Olimpiya İdman Kompleksinin stadionu təmir edilsin. Premyer Liqada iştirak üçün şans versələr, sənədlərimiz qaydasında olsa, hansısa stadionu icarəyə götürməyə məcburuq. Bir stadionda oynamağımız üçün danışıqlar gedir. Adını açıqlamayacağam. O stadionla bağlı müqavilə bağlasaq, orada oyunlarımızı keçirəcəyik. Əgər Lökbatandakı stadion standartlara uyğun təmir olsa, ev oyunlarımızı orada da keçirə bilərik.

    – Belə xəbər yayılıb ki, AFFA-dan sizin Premyer Liqada oynamağınız üçün hansısa bölgəni təmsil etməyiniz istənilib. Ağsu variantının adı çəkilir...
    – AFFA-nın verdiyi qərarlar bizim üçün də vacib və önəmlidir. Hansısa bölgəni təmsil ediriksə, orada da oynamalıyıq. Mən "Neftçi"nin prezidenti olarkən "Qarabağ"la Ağdamda oynayırdıq. 20-30 min adam oyuna baxırdı. "Simurq", "Xəzər Lənkəran", "Karvan" kimi klublar Premyer Liqada oynayırsa, təmsil etdikləri bölgə adından çıxış etmələri vacibdir! Bəlkə də "Araz-Naxçıvan" Bakıda yox, muxtar respublikada ev oyunlarını keçirsəydi, ilk "3-lük"də mübarizə apara bilərdi.

    Səbuhi Musa 

    Akademiya

    "Suraxanıda verilən ərazinin rəsmi sənədləşmə ərəfəsindəyik" – Aftandil Hacıyev

    15.08.2026 15:50:46
    Müsahibə

    “Əsas heyətə düşmək üçün çox çalışıram” – Musa Qurbanlı

    14.08.2026 11:47:50
    Güləş

    "Mənim üçün Ağstafadan gələnlər vardı" – Pərviz Nəsibovun qardaşı ilə MÜSAHİBƏ

    13.08.2026 10:20:32
    Futbol

    "Onları hansısa səhvinə görə qınamırıq, əksinə, dəstəkləyirik" – "Qarabağ"ın baş məşqçisi

    13.08.2026 09:30:05
    Müsahibə

    “Azərbaycanla idman sahəsində əməkdaşlığın genişləndirilməsi vacibdir” – İranlı nazir

    7.08.2026 20:25:49
    Müsahibə

    “İstərdim ki, dünya çempionatında hər güləşçimiz medal qazansın” – Hacı Əliyev

    2.08.2026 22:36:41
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "50 futbolçu sifariş edib fərqli heyətlər qura bilmərik" - Valdas Dambrauskas

    15.08.2026 23:41:49

    "Bu gün hesab daha böyük olsaydı, istefa verməzdim" - Azər Məmmədov

    15.08.2026 23:30:41

    Anatoli Nuriyevin qolu komandasını xilas etmədi

    15.08.2026 23:13:51

    Son çempion mövsümə qələbə ilə başladı - VİDEO

    15.08.2026 22:44:23

    “Qarabağ” “Dinamo” ilə hər iki oyunda məğlub oldu – FOTOLAR

    15.08.2026 22:17:40

    "Sumqayıt" braziliyalı futbolçu transfer etdi

    15.08.2026 22:17:15

    "Burada heç kim sənə güzəşt etmir" - Fərid Namazov

    15.08.2026 21:45:05

    "Növbəti oyunlarda real gücümüzü göstərəcəyik" - Cavid Hüseynov

    15.08.2026 21:35:30

    "Araz-Naxçıvan"da yeni baş məşqçi – Amma...

    15.08.2026 21:10:51

    Azərbaycan Premyer Liqasında mövsümün ilk heç-heçəsi – YENİLƏNİB + VİDEO

    15.08.2026 20:35:29

    Şeydayevin komandasının oyunu dron təhlükəsinə görə təxirə salındı

    15.08.2026 20:17:51

    “LANDAU Layns” Ərhan Tokərlə yola davam edəcək

    15.08.2026 19:51:13

    “Sabah” amerikalı oyunçu ilə müqavilə imzaladı

    15.08.2026 19:21:28

    “Neftçi” 1/4 finala yüksəldi

    15.08.2026 19:13:02

    İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

    15.08.2026 18:46:47
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved