Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Ülviyyənin qiymətləndirilməməsindən söhbət gedə bilməz" – Mahir Məmmədov
    30.04.2024 09:22:33

    Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədovun Prosport.Az saytına müsahibəsi

    – Ülviyyə Fətəliyeva Yunanıstanda Avropa çempionu olaraq tarix yazdı. Təəssüratlarınızı öyrənim...
    – Bu, çox böyük qələbədir. Ölkəmizin tarixində hələ belə bir hadisə olmayıb. Müstəqil Azərbaycanın tarixində bu, bir uğurdur. Bunu da təbii sayıram. Çünki son illər qadın şahmatçılarımız nizam-intizamla, məşqçi kollektivi ilə birgə çox böyük işlər görüb. 2022-ci ildə Ümumdünya Şahmat Olimpiadasında Gürcüstana son turda uduzmaqla 2-ci yerdən məhrum olduq. Ötənilki komandalararası Avropa çempionatının son turunda Gürcüstanın Bolqarıstana qalib gələ bilməməsi üzündən, biz qızıl medalları qaçırdıq və 2-ci yerə çıxdıq. Yenə 2023-cü ildəki fərdi Avropa çempionatında Günay Məmmədzadə 2-ci, Ülviyyə Fətəliyeva 3-cü oldu. Yəni, sistemli şəkildə biz bu uğura doğru gedirdik. Şadam ki, onların əziyyəti yerdə qalmadı. Günay da, Gövhər Beydullayeva da bu çempionatda yaxşı çıxış etdi. Xanım Balacayeva son turda qalib gəlsəydi, o da "5-lik"də olacaqdı. Ülviyyə 10 oyundan 8,5 xal topladı və 3 heç-heçə etdi. Ondan sonrakı rəqiblər ondan 1 xal geri qaldı. Bu, çox böyük üstünlükdür. Adətən bu səviyyədə olan şahmatda 1-ci yerlə 2-ci pillədəki arasında belə böyük fərqlə üstünlük olmur.

    – Ülviyyə Avropa Şahmat Birliyinə müsahibəsində bildirib ki, bu turnirdə heç bir ambisiyası yox idi. Bu açıqlamaya reaksiyanız necədir?
    – Bu yarış öncəsi Ülviyyə reytinqinə görə 24-cü şahmatçı idi. Əgər 24-cü kimi gedirsənsə, əvvəlcədən bəyanat verməyə ehtiyac qalmır. Çünki sonra qalib gəlməsə, gülünc vəziyyətə düşə bilər. O, dünyanın adlı-sanlı məşqçiləri ilə işləyir. Millinin məşqçilər korpusundan Yevgeni Tomaşevski, Mixail Şereşevski, Fərid Abbasov, Rəsul İbrahimov, Cahangir Ağarəhimovun hərəsinin Ülviyyənin üzərində əməyi olub.

    – 24-cü şahmatçı olması və nəticədə rəqiblərin onun üzərinə fokuslanmaması da Ülviyyənin xüsusi təzyiq görmədən qalib gəlməsinə səbəb ola bilər?
    – Xeyr, bunu deyə bilmərik. Ötən il Bakıdakı Dünya Kubokunda son dünya çempionunu məğlub etməliydi. Əgər ona qalib gəlsəydi, 1/4 finala çıxacaqdı. O görüşdə o qədər ümidverici çıxış etdi ki, ona mənim üçün Dünya Kubokunun qaliblərindən biri olduğunu söyləmişdim. Əlbəttə, hər bir şahmatçının karyerasında enişlər, yüksəlişlər olur. Ancaq bu çempionatda onun qiymətləndirilməməsi amili yoxdur. Məncə, hamı bir-birini düzgün qiymətləndirib, bir-biri ilə tam gücü ilə oynayıb. Hazırlıq, əzmkarlıq, nizam-intizam, əlbəttə ki, bir az bəxt və öz gücünə əminlik onun qələbəsində rol oynadı. Yeri gəlmişkən, bir şey də maraqlıdır ki, 2-ci yerə Nataliya Buksa çıxdı. O, Rauf Məmmədovun həyat yoldaşıdır.

    – Ülviyyə 1-ci, Günay isə 6-cı olmaqla Dünya Kubokunda iştirak etmək hüququ əldə etdi. Başqa da bizdən orada kimsə çıxış edə bilər?
    – Azərbaycanın "yaşıl kart" hüququ var. Bir şahmatçımız da orada iştirak edəcək. 3-dən az şahmatçı ilə Dünya Kubokunda təmsil olunmayacağıq. Hətta bəlkə də artıq oldu.

    – Üçqat Azərbaycan çempionu Gülnar Məmmədova bu dəfə özünü göstərə bilmədi və 44-cü oldu. Bunu nə ilə əlaqələndirirsiniz?
    – Gülnar müəyyən həddə qədər sabit oynayırdı. Amma son 3-4 turda özünə inamını bir balaca itirdi. Bunu ciddi amil saymırıq. Gülnarın səviyyəsi kifayət qədər yüksəkdir və öz oyununu qaytaracaq. Buna əmin ola bilərsiniz. VIII turda Ermənistan şahmatçısı Susanna Qaboyana qalib gəldi. VI turda İsrail şahmatçısı Marsel Efroimskiyə uduzmalı deyildi. Bir balaca uğur üzünə gülmədi. Bir vacib faktı da qeyd edim ki, Səbinə İbrahimova Avropa çempionatında ilk dəfə qrossmeyster balı topladı və Avropa çempionatını 25-ci sırada başa vurdu.

    – Şəhriyar Məmmədyarov bu yaxınlarda Almaniya çempionu oldu. Bu barədə nə deyə bilərsiniz?
    – Əlbəttə, klub çempionatları təqdirəlayiqdir. Əslində təqdirəlayiq hal daha çox onun öz oyununu qaytarması, sabit çıxış etməsidir. Əfsuslar olsun ki, bir ara biz bunun şahidi olmurduq. Ancaq inanıram ki, Namizədlər Turniri öncəsi Nicat Abasovla yaradıcılıq ittifaqı qurması gələcəkdə hər ikisinə müsbət təsir göstərəcək. Əlbəttə, Almaniya çempionu olmaq çox yaxşıdır. Şəhriyara gələcəkdə daha böyük zirvələr arzulayırıq.

    – Bu yaxınlarda federasiyanın loqo dəyişikliyi olacaq. Bu dəyişiklik nədən qaynaqlandı?
    – İndiki loqo 90-cı illərin əvvəllərində qəbul olunub. Bu loqo bizim üçün kifayət qədər doğmadır. Ancaq hiss olunur ki, bu loqonun mənəvi nöqteyi-nəzərdən yenilənməsinin vaxtı gəlib çatıb. Bu barədə federasiyanın İcraiyyə Komitəsinin iclasında da müzakirə oldu və loqo elanı üçün müsabiqə elan etdik. Qalibə pul mükafatı da elan etmişik. Ağlıma da gəlməzdi ki, Gənclər və İdman Nazirliyinin elan verdiyi müsabiqə üçün belə bir loqo qalib gəlsin. Tamamilə gözlənilməz loqo oldu və bu bizi sevindirdi. Biz də istəyirik ki, hər hansısa gözlənilməz, maraqlı loqo qalib olsun və biz ona bir könüldən min könülə aşiq olaq. Standart bir şey istəmirik. Elə olsaydı, onu özüm də çəkib hazırlayardım. 

    Səbuhi Musa  

    Futbol

    "Ailəmdə baş verən hadisələr mənə çox böyük təsir etdi" – Mahir Emreli

    27.05.2026 23:20:01
    Futbol

    "Başa düşürdüm ki, getsəm, hər şey yarımçıq qalacaq" - Qurban Berdiyev

    26.05.2026 22:58:42
    Müsahibə

    "Mədinəyə demişdim ki, öz çəkində məğlub edə bilməyəcəyin rəqib yoxdur" – Şahin Atamov

    25.05.2026 12:40:40
    Döyüş növləri

    "Demək istəyirəm ki, ata, qızın sənin yolunla gedir" – Mədinə Sadıqova

    24.05.2026 00:02:11
    Akademiya

    "Baş məşqçi dominant futbol oynamağı tələb edir" - Gəncə klubunun futbolçusu

    22.05.2026 15:50:42
    Akademiya

    "Dünya çempionatına hazırlıqlar çox yaxşı gedir" – "Kəpəz"in futbolçusu

    22.05.2026 15:07:09
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Mehriban Əliyeva da millimizi təbrik etdi

    5.06.2026 16:40:47

    "Sabah"ın futbolçusunun səhhətində narahatlıq yarandı, millidən kənarlaşdırıldı

    5.06.2026 16:15:06

    Toral Bayramov "Bursaspor"a niyə keçdiyini ilk dəfə açıqladı - VİDEO

    5.06.2026 16:00:22

    Prezident Minifutbol Federasiyasına 1 milyon ayırdı

    5.06.2026 15:23:45

    Premyer Liqa klubunda yeni müqavilə

    5.06.2026 15:10:03

    Adı "Neftçi" ilə hallanan ulduz İspaniya klubunda

    5.06.2026 14:43:28

    Güləş yığmalarımız fərqli məkanlarda hazırlıq keçir

    5.06.2026 14:13:07

    Azərbaycan Kubokunun qalibi istefaya göndərildi

    5.06.2026 13:59:27

    "Sabah"ın hazırlıq planı bilindi

    5.06.2026 13:36:48

    Cüdoçularımız Avropa çempionatına Şamaxıda hazırlaşır

    5.06.2026 13:19:14

    "Neftçi"yə görə Belçika klubundan imtina etdi

    5.06.2026 12:40:52

    Ölkə çempionatında 6 medal

    5.06.2026 12:12:31

    Premyer Liqanı tərk edən komandada daha 2 ayrılıq

    5.06.2026 11:39:37

    Seçmə mərhələ: Millimiz Sumqayıtda lideri qəbul edir

    5.06.2026 11:13:11

    Voleybol yığmamız Avropa Liqasında mübarizəyə başlayır

    5.06.2026 10:53:18
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved