Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
        Döyüş növləri
    Marağa səbəb olan səhnəciyin müəllifi: "Səhnədən əvvəl şalvarı cırıb, onu "skoç"la yapışdırmışdıq"
    27.04.2024 09:15:58

    Yaxınlarda uşaq taekvondoçular arasında ilk dəfə ölkə birinciliyi keçirildi. Həmin birinciliyin açılış mərasimində uşaqların ifasında göstərilən səhnəcik böyük marağa səbəb oldu və bir neçə böyük səhifələrdə paylaşıldı. Səhnəciyin çəkildiyi video çox sayda insan tərəfindən izlənildi, müzakirələrə səbəb oldu. Həmin səhnəciyin hazırlanmasında kiçik yaşlı yeniyetmələrdən ibarət millimizin baş məşqçisi, 2006-cı ildə Avropa çempionu olmuş İlkin Şahbazovun əməyi olub.

    Prosport.Az həm bu məsələ, həm ölkə birinciliyi, həm də Avropa çempionatında ilk dəfə çıxış edəcək yığmamız barədə İlkin Şahbazovdan müsahibə götürüb.

    – Sözügedən çıxışın videosu sosial şəbəkələrdə çox maraqla qarşılandı. Həmin səhnəciyin hazırlanmasında sizin rolunuz necə olub?
    – Həqiqətən o video çox baxış topladı, çox reaksiyaya səbəb oldu. Kommentlərdə yazırdılar ki, belə yarışa baxmaq üçün bileti haradan ala bilərəm, bu, yarışdır, ya bir şoudur? Yazırdılar ki, sağ olun ki, bununla üzümüzü güldürdünüz. Mənə zəng vurub bu çıxışdan gülə-gülə danışanlar vardı. Yarışa 5 gün qalmış Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Hikmət Səmədov mənə zəng edərək burada uşaqların iştirakı ilə maraqlı bir səhnəciyin olmasını istədiyini bildirdi. Çünki bu yarış uşaqların yarışı idi. Dedim ki, mənə 2 gün vaxt verin, ssenarini fikirləşim. Filmlərə çox baxmağım bu məsələdə mənə kömək oldu. Bu ssenarini fikirləşdim. Uşaqlarla şənbə günü 6, bazar günü 7 saat bunun üstündə məşq etdik. Hər dəfə məşq etdikcə, ssenaridə yeni əlavələr etdim. Məsələn, uşaq-məşqçinin şalvarının arxa hissəsinin cırılması anı ən çox gülüşə səbəb olan səhnələrdən biri idi. Fikirləşdim ki, o anda "zədələnmək"lə tamaşaçıları güldürmək olmaz, burada nəsə maraqlı bir şey etmək lazımdır. Cırıq şalvarla səhnəyə girə bilməzdik, onu da orada cıra bilməzdik. Biz səhnədən əvvəl şalvarı cırmış, onu "skoç"la yapışdırıb, üst geyimlə onu gizlətmişdik. Tamaşaçıların fikri digər idmançıya yönələndə bizim "həkim" gizlincə onun "skoç"unu çıxarır və elə başa düşülür ki, idmançının ayaq zərbəsindən sonra "məşqçi"nin şalvarı cırılır. Orda ən çox həyəcan məndə idi ki, görəsən, uşaqlar bu ardıcıllığı qoruyub saxlaya biləcək? Çox yaxşı ki, hər şey gözlədiyimizdən də yaxşı alındı, maraqla qarşılandı. Hikmət müəllim də bu çıxışa görə təşəkkür etdi.

    – Orada olan uşaqların hamısı – həkimlər, məşqçilər və idmançılar taekvondoçular idi?
    – Bəli, hamısı. Hətta hakimlik edən Tahir Məmmədov da rəhbəri olduğum "Ümid" taekvondo klubunun idmançısıdır. Orda idmançıların adları çəkilir, o doğrudan da onların öz adlarıdır. Murad Sadıqzadə, Uğur Məmmədzadə mənim tələbələrimdir. Coşqun Məmmədzadə, Səid Mamasimov həkim, Onur Rəhimzadə, Ələkbər Bəndəliyev isə məşqçi rolunu oynayırdı. Əslində biz onu aparıcısız edəcəkdik. Ancaq sonra gördük ki, gülməli anları tamaşaçıya səsləndirmə ilə etməyə ehtiyac var. Məsələn, taekvondoda dombalaq aşmaq yoxdur, məşqçi bunu orada edir. Aparıcının (İsmayıl Abdullayevi nəzərdə tutur – red.) şərhi ilə bu daha da maraqlı alındı.   

    – Yaxşı, keçək yarışın özünə. Siz həm də kiçik yaşlı yeniyetmələr (9-11 yaşlılar) millimizin baş məşqçisiniz. Uşaqlar arasında ölkə birinciliyinin ilk dəfə keçirilməsi sizi nə dərəcədə sevindirdi?
    – Bu birinciliyin keçiriləcəyini eşidəndə, həm sevinirdim, həm də buna inanmağım gəlmirdi. Düşünürdüm ki, son anda nəsə olub, keçirilməyə bilər. Demək olar ki, yarışa 20 gün qalmış bizə bildirildi ki, respublika birinciliyi keçiriləcək. Tələbələrimi pik formaya çatdırmaq üçün təlim-məşq toplanışı keçməyə başladım. Hətta valideynlərə bildirmişdim ki, biz Novruz Bayramını birgə keçirməyəcəyik. Çünki istirahətə vaxtımız yox idi. Valideynlər də məni başa düşdü. Uşaqlar bu yarış üçün təhsildən qaldı. Məktəb direktorları da çox sağ olsunlar ki, bizə bu şəraiti yaratdı. Yarış 9-11 yaşlılar arasında keçirilirdi. Biz də bura ən çox 10 yaşlılarla qatılmışdıq. Yarışı 1 qızıl, 2 gümüş və 3 bürünc medalla yarışı başa vurduq. Başqa klubdan 27 kq çəki dərəcəsində çempion olan idmançı vardı. O, 1 günə 7 döyüş keçirdi. Bu da dünya çempionatındakı qədər döyüş sayı deməkdir. Yarışın açılış mərasiminə Ümumdünya Taekvondo Federasiyasının prezidenti Çunq-von Çonun gəlməsi də bizim üçün gözlənilməz oldu. Federasiya prezidentimiz Kəmaləddin Heydərova belə bir yarış təşkil etdiyi üçün minnətdaram. Ümumiyyətlə, ötən il Hikmət Səmədovun vitse-prezident təyin olunmasından sonra federasiyada müsbət dəyişikliklər var. Həmin müsbət işlərdən biri də bu yarışın təşkil olunmasıdır.

    – Uşaq birinciliyinin keçirilməsinin məhz bu ildən başlanması nə ilə bağlıdır? 
    – Əslində 2019-cu ildən Avropada belə yarış keçirilir. Sadəcə, orada yığmalarla yanaşı, klubların da iştirakına icazə verilir. Almaniyanın Zindelfinqen şəhərində keçirilmiş Avropa çempionatında 9-10 və 10-11 yaşlılar kəmər dərəcələrinə uyğun olaraq A v B kateqoriyalarında mübarizə aparırdı. Hazırda yeniyetmələr arasında yeganə dünya çempionumuz olan Mehdi Budaqlı məhz həmin yarışda çıxış edib. Mehdi orada Avropa çempionu olmuş, Fərid Quşxani da 3-cü yeri tutmuşdu. Ümumiyyətlə, 2019-cu ildə yarışan həmin uşaqların çoxu hazırda yeniyetmələr millimizin üzvləridir. 2020 və 2021-ci ildə pandemiyaya görə yarışa bilmədik. 2022-ci ildə Estoniyada da həm klublarası, həm də rəsmi Avropa çempionatında tələbələrim yarışdı. İlk yarışda "Ümid"in idmançıları 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazandı. Rəsmi Avropa çempionatında isə Sabir Məmmədli və Nazim Məmmədov Avropa çempionu oldu. Amma bütün bu yarışlara gediş-gəliş klubun öz maliyyəsi və valideynlərin köməkliyi ilə olub. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov da bizə bu məsələdə dəstək göstərib.

    Sualınızın cavabına gəlincə, artıq Avropa çempionatına klub kimi yox, yığma kimi qatılacağıq. Ona görə də bundan sonrakı yarışlara federasiya maliyyə ayıracaq. Artıq kiçik yaşlı yeniyetmə yığmamızın baş məşqçisi kimi mənə köməkçi olaraq gənclər arasında Avropa 2-cisi olmuş Ziya Qasımov təyin edilib. Düzdür, builki uşaqların və yeniyetmələrin Avropa çempionatı iyunda Albaniyanın paytaxtı Tiranada keçirilməli idi. Ancaq təxirə salınıb və noyabrın 3-də baş tutacaq. Ötənilki kimi, bu il də klublararası Avropa çempionatına "Ümid" klubu olaraq qatılmayacağıq. Çünki çox maliyyə tələb olunur. Məqsədimiz yeniyetmə yığmamıza yaxşı idmançılar verməkdir. Bizim klublarda işləyən məşqçilər də çalışmalıdır ki, yaxşı idmançılar yetişdirsin. Mən özüm Əməkdar idman ustasıyam, yeniyetmələrdə yeganə dünya çempionu vermiş məşqçiyəm, bu günün özündə də öyrənirəm. Bizim məşqçilər də öz üzərlərində inkişaf etməkdən çəkinməsin. Klublar nə qədər güclü olsa, yığmaya da güclü idmançı ötürülər.

    – Uşaq yığmasının təlim-məşq toplanışının neçə gün olmasını və harada keçirilməsini istəyirsiniz?
    – Yarışın yeni tarixinə uyğun olaraq təlim-məşq toplanışı təyin olunacaq. Yarış uşaqların təhsili vaxtına düşdüyündən, bu toplanışı ara ilə iki 10 günlüyə salmağı planlaşdırıram. Hər 10 günlükdə yarışa görə 5 gün təhsildən qalmaları qaçılmazdır. Qız və oğlanların hər birində 5-6 idmançı var ki, onlar Avropa çempionatına aparılmalıdır. Məsələn, mənim klubumdan ölkə birinciliyində 1 nəfər qalib gəlibsə, deməli, 1 nəfər Avropa çempionatına getməyi haqq edib. Ancaq 2 və 3 nömrələr də toplanışa cəlb olunacaq. Toplanışdan sonra kimin hazır olduğu və ora aparılacağı tam müəyyənləşəcək. Bir də onu qeyd edim ki, burada yığma komandadan əlavə, klublar da öz imkanları hesabına iştirak edə bilər. Əslində bu da bizim xeyrimizədir. Çünki gələcəkdə milliyə namizədlərin beynəlxalq təcrübəsinin artması baxımından bu, yaxşı haldır. Biz klub olaraq ölkə birinciliyi üçün 2 gün Masallıda taekvondonun regional bazasında hazırlaşmışdıq. Orada çox gözəl şərait var. Düşünürəm ki, yığmanın toplanışını da ora salmaq olar.

    Səbuhi Musa
     

    View this post on Instagram

    A post shared by Prosport.Az (@prosport_az)

    Digər idman növləri

    Ülviyyə Fətəliyeva: "İspaniya üzərində qələbədən sonra inam yarandı" - MÜSAHİBƏ

    27.11.2025 16:18:24
    Müsahibə

    İslamiadanın ikiqat qalibi: "Qazandığım medallar göstərir ki, daim inkişafda, düzgün yoldayam" - MÜSAHİBƏ

    26.11.2025 10:39:12
    Müsahibə

    Emin Mahmudov: "Neftçi"nin oyunu bərbaddır, biabırçılıqdır, faciədir" - MÜSAHİBƏ

    24.11.2025 15:16:08
    Futbol

    Ayxan Abbasov: "O, öz seçimini edib, danışmağa dəyməz" - MÜSAHİBƏ

    20.11.2025 16:43:10
    Multiidman yarışları

    İslamiadanın dördqat mükafatçısı: "İndi Los-Anceles Olimpiadasına real məqsəd kimi baxıram" - MÜSAHİBƏ

    19.11.2025 14:56:52
    Futbol

    "Qarabağ"ın qapıçısı: "Sevgilimin və itimin yanımda olmasını istəyərdim" - MÜSAHİBƏ

    18.11.2025 10:40:47
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Kamandan oxatanlarımız Çitada 120 min pul qazandı – FOTOLAR

    7.12.2025 17:28:01

    "Ola bilsin, yanvarda rəhbərliklə bu haqda danışaq" – Füzuli Məmmədov

    7.12.2025 17:27:46

    "Meydança ağır idi, yağış üzümüzə baxdı" – "Şamaxı"nın baş məşqçisi

    7.12.2025 17:23:46

    Qız basketbol millimiz Belarusu qalib, oğlanlarımız məğlub tərk edir

    7.12.2025 17:12:35

    "Xəzər Lənkəran" qayıdır? – AFFA-nın baş katibi cənubda

    7.12.2025 16:32:15

    Misli Premyer Liqası: "Şamaxı"dan səfər qələbəsi – VİDEO

    7.12.2025 15:57:02

    "Qarabağ"ın ÇL-dəki rəqibi baş məşqçini bu əfsanə ilə əvəzləmək istəyir

    7.12.2025 14:25:24

    "Karvan-Yevlax" – "Şamaxı": HEYƏTLƏR

    7.12.2025 13:01:59

    "Yarışa psixoloji hazır deyildim" – Avropa çempionumuz

    7.12.2025 12:18:57

    Azərbaycanda sabiq nazir idman obyektinə direktor təyin olunub – EKSKLÜZİV

    7.12.2025 11:57:32

    Nazim Sadıxov UFC-də ilk dəfə məğlub oldu – VİDEO

    7.12.2025 10:44:26

    AFFA prezidenti Ravşan İrmatovla görüşdü

    6.12.2025 23:37:53

    Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizə yekunlaşdı – FOTOLAR

    6.12.2025 20:45:31

    Tanınmış idmançımız vitse-prezident seçildi – FOTOLAR

    6.12.2025 20:00:41

    "Hakimə yüngül təzyiq göstərirdim" – Rəşad Sadıqov

    6.12.2025 19:38:23
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved