Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Minifutbol
    "Böyük futbol üçün darıxıram" – Cəmşid Məhərrəmov
    16.05.2024 16:02:37

    Böyük futbolda millimizin sabiq yarımmüdafiəçisi olmuş Cəmşid Məhərrəmov artıq gücünü minifutbolda sınayır. O, 2019-cu ilin dekabrında AFFA Region Liqasında "Uğur" komandasında çıxış edərkən futboldan ömürlük uzaqlaşdırılıb. Ancaq Məhərrəmov 2 gün əvvəl minifutbol üzrə Azərbaycan çempionatında kapitanı olduğu "Real Bakı" komandası ilə 3-cü olmağı bacardı.

    Prosport.Az 40 yaşlı futbolçudan müsahibə götürüb.

    – Azərbaycan Minifutbol Federasiyasının təşkil etdiyi çempionatda debüt etdiniz və ilk ilinizdə bürünc medal qazandınız...
    – Çempionatın təşkilatçılığında başda federasiya prezidenti Orxan Məmmədov olmaqla hamıya təşəkkürümü bildirirəm. İlk gündən sonadək hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Öz komandamızla bağlı onu deyə bilərəm ki, iddialılar sırasında idik, çempionluğa oynayırdıq. Ancaq yarımfinalda "Aznur" komandasına uduzduq. Ancaq şükürlər olsun ki, "Odlar Yurdu"na 3:1 qalib gələrək medalsız qalmadıq. "Birbaşa Bakı"nı da çempionluq münasibəti ilə təbrik edirəm, onlara Çempionlar Liqasında uğurlar arzulayıram.

    – Sizin kimi böyük futboldan minifutbola gələnlər çempionata nə dərəcədə rəng qatır?
    – Təmkin Xəlilzadə çempionatda cari mövsümün ən yaxşı oyunçusu seçildi. Hamısı futbolu bilən adamlardır, çempionata rəng qatırlar. "İnter" komandası adı altında veteran futbolçularımız da bu mövsüm burada çıxış etdi, onların hər birinə də təşəkkürümü bildirirəm. Qısa müddət qalmış çempionatda çıxış etmələri dəqiqləşdi. Təəssüflər olsun ki, onlar pley-off mərhələsinin ilk oyunlarında məğlub oldu. İnanıram ki, gələn mövsüm də çıxış edərlər.

    – Ancaq onların yer tuta bilməməsi də onu göstərir ki, böyük futbolda çıxış etmiş hər oyunçu minifutbolda uğur qazana bilməz...
    – Əlbəttə. Burada sadəcə uyğunlaşmaq lazımdır. Yenə deyirəm, bu mövsüm "İnter" üçün də bir praktika oldu. Növbəti mövsüm daha uğurlu çıxış edərlər.

    – Böyük futbol üçün darıxırsınızmı?
    – Əlbəttə. Darıxıram (gülür). Amma mənim üzərimdə cəza qalmaqdadır.

    – O vaxt AFFA İntizam Komitəsinin qərarından apellyasiyaya müraciət etmədiniz. Bəlkə indiki yeni AFFA rəhbərliyinə futbola qayıtmağınız üçün müraciət edəsiniz?
    – Hələ ki bu barədə düşünməmişəm və oraya müraciət etməmişəm.

    – Millimizin sabiq futbolçusu kimi kənardan 10 komandalı çempionatımız necə görünür?
    – Əvvəla, vaxtından erkən çempionluğa görə "Qarabağ" komandasını təbrik edirəm. "Qarabağ"ı çıxmaq şərtilə, çempionatda rəqabət eyni səviyyədədir. 2-ci və 3-cü yerlər uğrunda maraqlı, gərgin oyunlar gedir. Belə başa düşürəm ki, AFFA rəhbərliyi də çempionatda komanda sayını artırmağı çox istəyər. Sadəcə, AFFA-nın yeni prezidenti Rövşən Nəcəf də açıqlamasında bildirdi ki, bəzi amillər say artımına imkan vermir. İnanıram ki, qarşıdakı mövsümlər üçün komanda sayı artırılar. Bunun Azərbaycan futboluna və milli komandamıza faydası var. I və II Liqada da maraqlı oyunlar gedir. "Qaradağ Lökbatan"la "Şamaxı" arasında I Liqa çempionu olmaq üçün maraqlı matç olacaq. Hər iki komandaya uğurlar arzulayıram. II Liqada da "Baku Sportinq" komandası çempion oldu. Orada da "Füzuli, "Şahdağ Qusar" və "Cəbrayıl" arasında 2-ci yeri tutmaq üçün gərgin mübarizə gedir.

    Səbuhi Musa

    Futbol

    "Neftçi"nin sabiq prezidenti Macarıstana gedir

    20.10.2026 12:52:52
    Akademiya

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27
    Akademiya

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39
    Futbol

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00
    Futbol

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18
    Futbol

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi"nin sabiq prezidenti Macarıstana gedir

    20.10.2026 12:52:52

    Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçularla görüşdü

    20.10.2026 12:16:58

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved