Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Komandanın əsas sütununu qorumağa çalışacağıq" – Fariz Nəcəfov
    4.06.2023 01:17:49

    "Qəbələ" finalda "Neftçi"ni 1:0 hesabı ilə məğlub edərək Azərbaycan Kubokunun qalibi olub.

    Prosport.Az xəbər verir ki, matçdan sonra bölgə klubunun prezidenti Fariz Nəcəfov jurnalistlərin suallarını cavablandırıb:

    – Komandaya, məşqçilər korpusuna təşəkkür edirəm. Layiqli qələbə qazandıq. Həm çempionatda 4-cü yeri, həm də kuboku nəzərdə tuturam. Bütün azarkeşlərimizi təbrik edirəm.

    – Heyəti qoruyub saxlamaq çətin olmayacaq?
    – Çox çətindir. Amma komandanın əsas sütununu qorumağa çalışacağıq.

    – Baş məşqçi yeni transferlərlə bağlı sizə müraciət edib?
    – Bununla bağlı yaxın günlərdə baş məşqçi ilə görüşəcəyik. Gedən futbolçuların yerinə yenilərini transfer etmək məcburiyyətindəyik.

    – Büdcə ilə bağlı dəyişiklik var?
    – Xeyr. Ciddi bir dəyişiklik yoxdur.

    – "Qəbələ"nin avrokuboklarda şansını necə dəyərləndirirsiniz?
    – Gücümüz, potensialımız nəyə çatırsa, onu etməyə çalışırıq. Komanda Konfrans Liqasında iştirak etməyə layiqdir. Orada necə iştirak edəcəyimizi zaman göstərəcək. Komandanın gücündən artıq nəsə edəcəyimizi deyə bilmərəm.

    – Legionerlərinizə təkliflər çoxdur. Onlarla yeni müqavilə ilə bağlı danışığınız olub?
    – Məndə olan məlumata görə, legionerlərimizin ilk danışıq aparacağı klub "Qəbələ"dir. Bizimlə razılaşmasalar, başqa kluba gedəcəklər.

    – "Qəbələ" 2 dəfə Avropa Liqasının qrup mərhələsində iştirak edib. Buna görə də komandadan gözləntilər çoxdur. Bu barədə nə deyə bilərsiniz?
    – Yəqin ki, Konfrans Liqasında bizim potensial rəqiblərimizi görmüsünüz. Başqa söz demək istəmirəm. Potensialımızdan maksimum istifadə edib ölkəmizi layiqli şəkildə təmsil etməyə çalışacağıq.

    – Elmar Baxşıyev "Qəbələ"də qalacaq?
    – Əlbəttə.

    Futbol

    "Bəxt bizim tərəfimizdə deyildi" – "Kəpəz"in qapıçısı

    23.11.2026 10:24:41
    Top oyunları

    "Məqsədimiz bu sindromu qırıb zirvəyə yüksəlməkdir" - "Sumqayıt"ın hücumçusu

    20.11.2026 15:15:51
    Müsahibə

    "1 qızıl və 1 bürünc medal super nəticədir" - Fərhad Rəcəbli

    18.11.2026 17:13:52
    Müsahibə

    "Oğluma demişəm ki, mən etdiyim səhvləri sən etmə" – Ömər Rəcəblinin atası

    16.11.2026 09:40:05
    Müsahibə

    “İndiyədək bu inamsızlığa görə medalsız qalmışdım” – 3 il sonra yer tutan Gültac Məmmədəliyeva

    14.11.2026 20:20:30
    Müsahibə

    "Qarabağ"dan ayrılmağı düşünürdüm" - Aleksey Kaşşuk

    13.11.2026 17:43:45
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah" - "Barselona": İspanlar Bakıda da qol buraxacaq?

    23.11.2026 22:40:34

    "Sabah"la oyun öncəsi "Barselona"da narazılıq

    23.11.2026 22:14:42

    Abasov fərqi artırdı, Beydullayeva lideri məğlub etdi

    23.11.2026 21:48:30

    "Barselona" Bakıya gəldi

    23.11.2026 21:12:11

    2031 və 2035-ci il dünya çempionatlarına bu ölkələr ev sahibliyi edəcək

    23.11.2026 20:42:55

    Yüksək və I Liqalarda ilk turun nəticələri

    23.11.2026 20:20:16

    İlk dəfə təşkil olunacaq Qran-pridə 2 cüdoçumuz mübarizə aparacaq

    23.11.2026 19:48:41

    "Qarabağ"da yeni transferlər - Rəhbərlik ekstra büdcə ayırdı

    23.11.2026 19:22:44

    Millimizin kapitanı Riqada mükafatlandırıldı

    23.11.2026 18:46:09

    II Liqa: "Marafon" və "Şəmkir"dən qələbə

    23.11.2026 18:15:17

    UEFA "Sabah"ın legionerinin cəzasını açıqladı

    23.11.2026 17:46:23

    Basketbol Federasiyası yeni əməkdaşlığa start verdi

    23.11.2026 17:19:15

    "Barselona" Bakıda 22 futbolçu ilə gəlir - ADLAR

    23.11.2026 16:47:21

    Millimizə 27 futbolçu çağırıldı - ADLAR

    23.11.2026 16:12:13

    FIFA referimiz "Benfika"nın oyununa təyinat aldı

    23.11.2026 15:43:29
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved