Kanadanın Toronto şəhərində keçiriləcək şahmat üzrə İddiaçılar Turnirinin püşkü atılıb.
Prosport Az xəbər verir ki, Azərbaycan təmsilçisi Nicat Abasov ilk turda rusiyalı Yan Nepomnyaşşi ilə üz-üzə gələcək.
28 yaşlı qrossmeyster II turda ABŞ təmsilçisi Fabiano Karuana ilə görüşəcək.
Abasov III turda bu ölkənin digər şahmatçısı Hikaru Nakamura ilə, IV turda Fransa təmsilçisi Əlireza Firuzca, V turda hindistanlı Dommaracu Qukeş, VI turda Qukeşin həmyerlisi Rameşbabu Praqnanandha, VII turda digər hindistanlı Santoş Viditlə görüşəcək.
Azərbaycan şahmatçısı II dövrədə – VIII-XIV turlarda eyni ardıcılıqla görüşlər keçirəcək.
Qeyd edək ki, İddiaçılar Turniri aprelin 2-25-i aralığında reallaşacaq.
