UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ”ın qonağı olacaq Portuqaliyanın “Braqa” klubu Bakıya uğursuz statistika ilə gəlir.
Prosport.Az xəbər verir ki, Braqa təmsilçisi indiyədək avrokuboklarda 2 və ya daha çox top fərqi ilə məğlub olduğu ilk oyunlardan sonra heç vaxt mərhələ adlaya bilməyib.
Artur Jorjenin baş məşqçisi olduğu komanda ümumilikdə 12 dəfə bu halla üzləşib. Bunların 5-i “Braqa”nın ilk oyunu evdə keçirdiyi duellərə təsadüf edib. Onlar bu qarşılaşmaların yalnız 1-də məğlub olmayıb. Amma həmin nəticə də komandanı növbəti raunda daşımağa kömək etməyib.
Bu isə o deməkdir ki, Portuqaliya təmsilçisi Bakıda mərhələni adlamaqla həm də uğursuz seriyaya son qoya bilər.
Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq. İlk matçda Ağdam təmsilçisi 4:2 hesablı qələbə qazanıb.

