Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Stolüstü oyunlar
    "Ən güclü olduğumu hələ sübut etməmişəm" – Azərbaycan çempionu
    19.02.2024 17:20:38

    "Azərbaycanın ən güclü qadın şahmatçısı olduğumu hələ sübut etməmişəm".

    Prosport.Az xəbər verir ki, bunu qadın şahmatçılar arasında Azərbaycan çempionatının qalibi Ayan Allahverdiyeva mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

    Gənc şahmatçı milli üzvlərinin yarışda iştirak etməmələrinə üzüldüyünü söyləyib: “Sevincimə mane olan məqam Azərbaycan yığmasının şahmatçılarının çempionatda iştirak etməmələri oldu. Yığma üzvlərinin hamısı ilə qarşılaşmaq istərdim. Çempionatdakı rəqiblərim də güclü şahmatçılar idi”.

    A.Allahverdiyeva formada olmadığı üçün Azərbaycan çempionatına qatılmağa uzun müddət tərəddüd etdiyini gizlətməyib: “Özümü yaxşı formada hiss etmirdim. Buna görə çempionatda iştirak etmək istəmirdim. Yarışa qatılmağı son anda qərara aldım. Bu üzdən çox çətin alındı”.

    Şahmatçı apreldə təşkil olunacaq Avropa çempionatında uğurlu çıxış etmək arzusundadır: “Hazırlaşmağa vaxtım var. Orada hədəfim əlimdən gələnin ən yaxşısını etmək olacaq. Bunun üçün maksimum gücümlə turnirə hazırlaşacağam”.

    Azərbaycan çempionu gələcəklə bağlı ən böyük hədəflərini də açıqlayıb: “Hədəfim tez bir zamanda Azərbaycan millisinə düşməkdir. Məncə, 1-2 il ərzində bunu reallaşdıra biləcəyəm. Ən böyük məqsədim isə qrossmeyster olmaqdır”.

    Qeyd edək ki, Ayan Allahverdiyeva 7 turdan ibarət Azərbaycan çempionatında 5,5 xalla 1-ci yeri tutub.

    Stolüstü oyunlar

    Şahmat yığmalarımızdan Səmərqənddə 1 heç-heçə, 1 qələbə

    19.09.2026 23:16:20
    Digər idman növləri

    Şahmat yığmalarımız İngiltərə və Çexiyaya qarşı

    19.09.2026 10:24:38
    Stolüstü oyunlar

    Şahmat yığmalarımızdan itkisiz irəliləyir

    18.09.2026 19:34:34
    Digər idman növləri

    Şahmat yığmalarımızın Olimpiadada növbəti sınağı

    18.09.2026 10:52:03
    Stolüstü oyunlar

    Şahmat yığmalarımızdan Olimpiadada növbəti qələbə

    17.09.2026 21:16:53
    Stolüstü oyunlar

    Yığmalarımız Danimarka və Filippinə qarşı

    17.09.2026 10:00:54
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37

    "Şamaxı" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qarşı

    20.09.2026 10:00:11
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved