Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Akademiya
    "Azyaşlı futbolçularla işləməkdə heç bir çətinliyim yoxdur" – Vüqar Əsgərli
    26.01.2024 13:55:53

    "Şamaxı"dan ayrıldıqdan sonra I Liqa klubundan təklifim vardı. Sadəcə, orada perspektiv görmədim deyə, onu seçmədim. Premyer Liqadan isə köməkçi kimi təklifim vardı, ancaq bəzi səbəblərdən o da alınmadı. Sonra "Qarabağ" Futbol Akademiyasının koordinatoru Aftandil Hacıyev zəng vurub dedi ki, çox istərdim bizimlə işləyəsən, heç olmasa yayadək bizimlə ol. Ona görə də razılıq verdim. Amma böyük komandalardan təklif olarsa, çempionat başa çatdıqdan sonra ayrılmağıma imkan yaradılacaq".

    Bunu Prosport.Az saytına açıqlamasında "Qarabağ"ın 15 yaşadək komandasının (U-15) baş məşqçisi Vüqar Əsgərli deyib.

    38 yaşlı məşqçi "Qarabağ"ın ona yad komanda olmadığını bildirib: "2017 və 2018-ci illərdə "Qarabağ"ın U-17 və U-19 komandalarında işləmişəm. Əvvəl U-17-də ispaniyalı Pablo Ximenesin, daha sonra U-19-da Rəşad Sadıqovun köməkçisi işləmişəm. Həmin il əsas komanda UEFA Çempionlar Liqasının qrup mərhələsinə düşdüyündən, "Qarabağ"ın U-19-u da UEFA-nın Gənclər Liqasında mübarizə aparırdı. Amma Roma səfərinə gedə bilməmişdim. Bu da həmin vaxt həm də U-19 qızlar və qadınlar millimizi çalışdırmağımla bağlı idi. Həmin vaxt Avropa çempionatının seçmə mərhələsində oyunumuz vardı".

    V.Əsgərli I Liqa klubu "Şamaxı"dan sonra aşağı yaş qrupunda baş məşqçilik etməyin onun üçün çətin olmayacağını sözlərinə əlavə edib: "Azyaşlı futbolçularla işləməkdə heç bir çətinliyim yoxdur. Sözün düzü, hələ məşqə başlamamışam, sabahdan "Sərhədçi" İdman Mərkəzində məşqlərə başlayırıq (müsahibə dünən götürülüb – red.). Komandanın 1 məşqinə və "Neftçi" ilə yoxlama oyununa kənardan baxmışam. Düzdür, böyük komandalardan fərqli olaraq, uşaqlarda psixologiya başqa cür olur. Uşaqlarla görüşüb danışmışıq. Maşallah, artıq hamısı böyük kişidir".

    Hazırda "Qarabağ"ın U-15 komandası AFFA-nın keçirdiyi çempionatın vahid lideridir. Yeni baş məşqçinin sözlərinə görə, əvvəl onun "Qarabağ" U-19-na keçməsi söhbəti varmış: "Aftandil müəllim məni çağıranda dedi ki, bizə nəticə önəmli deyil, uşaqları inkişaf etdirmək lazımdır. Əslində "Qarabağ"ın U-19 komandasına da keçə bilərdim. Amma U-15-i təklif etdi. Mən də razılaşdım ki, "Qarabağ"ın ən yaxşı komandasıdır və bu qrupla işləməyə dəyər. Özümlə də "Şamaxı"da mənimlə işləyən analitik məşqçi İlqar Novruzovu bura gətirmişəm. "Qarabağ" kimi klubda işləmək böyük şərəfdir".

    Vüqar Əsgərli onu da bildirib ki, 7-10 fevral tarixlərində Belarusun paytaxtı Minskdə keçiriləcək "Bizim gələcəyimiz" adlı beynəlxalq turnirə yollanmazdan öncə rəsmi oyun keçirəcəklər: "Fevralın 1-də "Kəpəz"lə çempionat oyunumuz var. Ondan sonra Minskə beynəlxalq turnirə yola düşəcəyik.

    Qeyd edək ki, "Qarabağ"ın U-15 komandası qış fasiləsində yanvarın 18-də "Səbail"i 3:0, ayın 21-də "Zirə"ni 3:2 məğlub edib. Hər iki oyun əvvəlki baş məşqçi Rakif Əliyevin vaxtında olub. Komanda yanvarın 24-də isə köməkçi məşqçi Elmir Alıyev rəhbərliyi altında "Neftçi" ilə 2:2 oynayıb. 

    Futbol

    Almaniya Bakıdakı dünya çempionatını boykot etdi, Ukrayna alqışladı

    19.09.2026 11:48:21
    Akademiya

    Təxirə salınmış oyunda darmadağın: "Neftçi"nin rəqibi bilindi

    17.09.2026 23:43:10
    Futbol

    Millimizin Bakıdakı dünya çempionatında rəqibləri məlum oldu

    17.09.2026 22:15:10
    Futbol

    "Sumqayıt"ın futbolçusu hakimi söydü, sərt cəzalandı

    17.09.2026 17:15:40
    Futbol

    Futbol millimiz Bakıda Moldovaya yenə uduzdu

    16.09.2026 12:22:09
    Akademiya

    "Qarabağ"dan darmadağın, "Neftçi"dən 3 qollu qələbə

    16.09.2026 00:07:35
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved