"Qarabağ"ın 15 yaşadək komandası (U-15) Belarusun paytaxtı Minskdə təşkil olunacaq ənənəvi "Naşe Buduşşee" ("Bizim gələcəyimiz") adlı turnirdə çıxış edəcək.
Prosport.Az-ın xəbərinə görə, Rakif Əliyevin yetirmələri B qrupunda mübarizə aparacaq.
"Qarabağ"ın qrupdakı rəqibləri BATE (Belarus), Ryazan "Zvezda"sı (Rusiya) və Moskva "Olimpik"i (Rusiya) olacaq.
7-10 fevral tarixlərində baş tutacaq yarışda Minsk "Dinamo"su, "Baltika" (Rusiya) kimi komandalar da mübarizə aparır.
Qeyd edək ki, "Qarabağ"ın U-15 komandası hazırda Azərbaycan çempionatında vahid liderdir.
