"Xarı Bülbül" voleybol komandalarının təsisçisi İlqar İmamquliyev "Reaksiya TV"də çıxdığı verilişdə Gənclər və İdman Nazirliyinin rəhbərliyini sərt tənqid edib.
Prosport.Az xəbər verir ki, o, gənclər və idman naziri Fərid Qayıbov, onun müavini Mariana Vasileva və İdman şöbəsinin müdiri Elnur Məmmədovun onun geyim brendinə süni əngəl törətdiyini bildirib.
Həmçinin, İlqar İmamquliyev bildirib ki, nazirlik onları uğursuz idman nəticələrinə görə tənqid edən jurnalistləri qara siyahıya salıb.
Verilişin tam videosuna bu linkdən baxmaq mümkündür: https://www.youtube.com/watch?v=yVfvHVJGIYI

