Şahmat millilərimiz Monteneqrodan Azərbaycana gələ bilmir.
Prosport.Az-ın xəbərinə görə, qadın və kişi komandamızı gətirən təyyarə sabah 06:10-da Bakıda olmalı idi. Lakin Monteneqroda hava şəraitinin pis olmasına görə paytaxt Podqoritsadan uçacaq təyyarənin reysi dəyişdirilib.
Bu səbəbdən komanda Avropa çempionatının keçirildiyi Budva şəhərində qalıb. Komandalarımızın sabah axşam saatlarında Bakıda olacağı gözlənilir.
Qeyd edək ki, qadın şahmat millimiz tarixində ilk dəfə olaraq Avropa çempionatının gümüş medallarını qazanıb. Bundan başqa, Günay Məmmədzadə 1-ci lövhə, Xanım Balacayeva 4-cü lövhə və Gülnar Məmmədova 5-ci lövhə üzrə gümüş medal əldə edib. Qadın millimizdən fərqli olaraq, kişi şahmat millimiz fiasko nəticə göstərərək 18-ci olub.