Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Qadın şahmat yığmamız ilk dəfə Avropa çempionu ola bilər
    20.11.2023 08:02:00

    Monteneqronun Budva şəhərində keçirilən şahmat üzrə komandalararası Avropa çempionatının VIII turunda komandalarımız qalib gəlib.

    Prosport.Az xəbər verir ki, turnirdə uğursuz çıxış edən kişi şahmatçılarımız Belçika ilə görüşdə maksimum nəticə qazanıb. Komandamız 2 lövhədə qələbə qazansa da, 2 lövhədə "sülh" qeydə alınıb. Bu qələbə yığmamızı 18-ci pilləyə yüksəldib.

    VIII tur
    Kişilər. Belçika – Azərbaycan 1:3

    Daniel Darda – Şəhriyar Məmmədyarov 0,5:0,5
    Yasper Beukema – Rauf Məmmədov 0:1
    Lenert Lenarts – Nicat Abbasov 0,5:0,5
    Adrian Roos – Vasif Durarbəyli 0:1
    Turnir cədvəli: 1. Serbiya, 2. Almaniya hər üçü 13 xal, 3. İngiltərə – 11, ... 18. Azərbaycan – 8

    Qadınlardan ibarət Azərbaycan millisi isə Yunanıstan üzərində qələbə qazanıb. 1-ci lövhədə Günay Məmmədzadə qələbəyə sevinib. Digər 3 şahmatçımız heç-heçəyə razılaşıb. Hesabında 13 xal olan millimiz lider Bolqarıstandan 1 xal geri qalır.

    VIII tur
    Qadınlar. Azərbaycan – Yunanıstan 2,5:1,5

    Günay Məmmədzadə – Stavrula Solakidu 1:0
    Ülviyyə Fətəliyeva – Anastasia Avramidu 0,5:0,5
    Xanım Balacayeva – Ekaterini Pavlidu 0,5:0,5
    Gülnar Məmmədova – Marina Makropulu 0,5:0,5
    Turnir cədvəli: 1. Bolqarıstan – 14, 2. Azərbaycan – 13. 3. Fransa – 12 xal.

    Qeyd edək ki, bu gün Avropa çempionatına yekun vurulacaq. Qadın yığmamız 4-cü pillədəki Serbiya ilə qarşılaşacaq. Komandamız qalib gəlsə, lider Bolqarıstan da Gürcüstanla görüşdə xal itirsə, qadın millimiz tarixində ilk dəfə Avropa çempionu olacaq. Əgər Bolqarıstan da, millimiz də qalib gəlsə, yenə komandamız ilk dəfə Avropa çempionatının gümüş medallarını qazanacaq. Çünki qadın millimizin qitə çempionatında ən yaxşı nəticəsi 3 dəfə Avropa 3-cülüyü olub.

    Turnirin reytinq favoriti sayılan kişi millimiz isə son turda nəticəsi o qədər də önəm kəsb etməyən görüşdə İtaliya ilə qarşılaşacaq.

    Stolüstü oyunlar

    Nicat Abasov Qazaxıstanda liderliyə yüksəldi

    22.11.2026 00:00:29
    Döyüş növləri

    Azərbaycanı Qazaxıstanda onlar təmsil edəcək - ADLAR

    20.11.2026 16:11:38
    Stolüstü oyunlar

    Azərbaycanı Karakasdakı dünya çempionatında onlar təmsil edəcək - ADLAR

    17.11.2026 14:15:40
    Stolüstü oyunlar

    Şəhriyar Məmmədyarovun rəqibi erməni oldu

    16.11.2026 23:19:32
    Stolüstü oyunlar

    "Qızıl medalı təmin etsəm də, seriyanı qırmaq istəmədim" - Avropa çempionu

    14.11.2026 13:17:47
    Stolüstü oyunlar

    Yığmamız vətənə 3 medalla qayıtdı - FOTOLAR

    14.11.2026 12:16:06
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved