Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Şahmatda psixoloqlara ehtiyac var – Mahir Məmmədov
    4.11.2023 12:55:22

    Azərbaycan Şahmat Federasiyasında (AŞF) İcraiyyə Komitəsinin növbəti iclası baş tutub.

    Prosport.Az xəbər verir ki, AŞF-nin prezidenti Mahir Məmmədovun sədrliyi ilə keçirilən iclasda İcraiyyə Komitəsinin üzvləri – AŞF-nin I vitse-prezidenti Faiq Həsənov, vitse-prezident Seymur Talıbov, Sərxan Həşimov, Cahangir Ağarəhimov, Aynur Sofiyeva, Elnur Əliyev o cümlədən baş katib İlahə Qədimova, müxtəlif komissiyaların, şöbələrin rəhbərləri və məşqçilər iştirak edib.

    İclasda 2024-cü ilin təqvim planı müzakirə edilərək təsdiq olunub. M.Məmmədov şahmatçıların klassik şahmatda təcrübə azlığının milli komandaya təsirindən danışıb. Milli komandanın heyətini müəyyənləşdirərkən yeni qaydalar barədə fikir mübadiləsi aparılıb. Yekunda 1 noyabr 2023-cü il – 1 iyul 2024-cü il tarixlərini əhatə edən müddət ərzində milli komanda üzvləri üçün minimum 18 klassik şahmat partiyasında iştirakla bağlı şərt qəbul edilib.

    Qadınlar arasında milli komandanın məşqçisi Yevgeni Tomaşevski qarşıdan gələn Avropa çempionatına hazırlıq barədə hesabatla çıxış edib və İcraiyyə Komitəsinin üzvlərini maraqlandıran suallara cavab verib.

    Ardınca Mahir Məmmədov milli komandalara lazımi şəraitin yaradıldığını bildirib. AŞF rəhbəri milli komandalarla işləmək üçün bu sahədə təcrübəsi olan psixoloqlara ehtiyac olduğunu söyləyib.

    İcraiyyə Komitəsinin üzvü Aynur Sofiyeva uşaq və qadın sığınacaqlarında şahmat dərslərinin keçilməsi və bölgələrdə istedadlı uşaqların seçilməsi üçün onlayn şahmat məktəbinin yaradılması ilə bağlı təklif irəli sürüb. Federasiyasının onlayn şahmat məktəbinin konsepsiyasının hazırlanması üçün müvafiq tapşırıqlar verilib. 

    Sonda AŞF İcraiyyə Komitəsinin növbəti iclasının dekabrda keçirilməsi ilə bağlı qərar qəbul edilib.

    Digər idman növləri

    Nicat Abasov Qazaxıstanda liderliyə yüksəldi

    22.11.2026 00:00:29
    Döyüş növləri

    Azərbaycanı Qazaxıstanda onlar təmsil edəcək - ADLAR

    20.11.2026 16:11:38
    Digər idman növləri

    Azərbaycanı Karakasdakı dünya çempionatında onlar təmsil edəcək - ADLAR

    17.11.2026 14:15:40
    Stolüstü oyunlar

    Şəhriyar Məmmədyarovun rəqibi erməni oldu

    16.11.2026 23:19:32
    Stolüstü oyunlar

    "Qızıl medalı təmin etsəm də, seriyanı qırmaq istəmədim" - Avropa çempionu

    14.11.2026 13:17:47
    Digər idman növləri

    Yığmamız vətənə 3 medalla qayıtdı - FOTOLAR

    14.11.2026 12:16:06
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved