"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib.
Prosport.Az xəbər verir ki, H qrupunun VII turunda Latviyada "Riqa"nın qonağı olan "ağ-qaralar" rəqibinə uduzublar - 55:96.
Xatırladaq ki, əvvəlki 6 oyunun birində qalib gəlib, 5-də uduzan "Neftçi" 8 xalla H qrupunda sonuncu pillədə qərarlaşıb.
