Futbol üzrə Azərbaycan II Liqasında XI tura yekun vurulub.
Prosport.Az xəbər verir ki, turun son qarşılaşmasında “Dinamo” və “Şəmkir” komandaları üz-üzə gəliblər.
Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
“Dinamo”nun heyətində 4-cü dəqiqədə Zöhrab Bayramov, 90+2-ci dəqiqədə isə Yadigar Qarayev fərqlənib. “Şəmkir”in yeganə qolunu 48-ci dəqiqədə Elşən Abdullayev vurub.
Bu nəticədən sonra xallarını 15-ə çatdıran “Dinamo” turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. “Şəmkir” isə 10 xalla 9-cu yerdədir.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Marafon” “Şəki”ni 5:0, “Ağstafa Gəncləri” “Difai”ni 3:0, “Şirvan” “Ağdaş”ı 5:0, “Qaradağ Lökbatan” “Kür-Araz”ı 7:1 hesabı ilə məğlub edib, “Zəngəzur” isə “Hypers”lə görüşdə (2:2) xal itirib.
