Azərbaycan Basketbol Liqasında VI tura yekun vurulub.
Prosport.Az xəbər verir ki, günün 2-ci qarşılaşmasında "Naxçıvan" avrokuboklarda çıxış edən "Sabah"dan sonra "LANDAU Layns"ı da məğlub edib.
Milli Gimnastika Arenasındakı görüş 63:59 hesabı ilə yekunlaşıb.
Günün ilk matçında "Sumqayıt" səfərdə "Gəncə"ni üstələyib - 80:76.
Xatırladaq ki, turun əvvəlki matçlarında "Sabah" "Ordu"nu (93:81), "Neftçi" NTD-ni (82:63) məğlub edib.
