NTD basketbol klubu Hüseyn Məmmədovu transfer edib.
Prosport.Az xəbər verir ki, 18 yaşlı basketbolçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, Hüseyn Məmmədov 2024/2025 mövsümündə NTD-nin şərəfini qoruyub. Basketbolçu son olaraq "Sabah" klubunun heyətində çıxış edib.
