"Əvvəla, rəqib yaxşı idi, lakin düşünürəm ki, xüsusən psixoloji cəhətdən bizim tərəfdən hazırlıq yaxşı deyildi. Ona görə də nəticə belə oldu".
Prosport.Az xəbər verir ki, bu sözləri “Naxçıvan”ın baş məşqçisi Georgi Kondruseviç Azərbaycan Basketbol Liqasının V turunda “Ordu”ya 76:84 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Mütəxəssis rəqibə çoxlu sürətli əks-hücum imkanları yaratdıqlarını, amma bu amillərin oyunu qazanmağa şans vermədiyini bildirib: "Mövsüm uzundur, biz həm yeni başlamışıq, həm də heyətimizlə bağlı müəyyən problemlərimiz oldu. Amma əlbəttə ki, bu matça hazırlaşmağa çalışdıq, sadəcə olaraq oyun-oyun irəliləyirik".
