Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Ciddi zədədən sonra yarışa qatılıb 1-ci olan idmançı: "Heç bir qurum mənə maddi dəstək olmadı"
    28.10.2026 09:24:27

    "Təxminən 1 il əvvəl – oktyabrın 31-də Macarıstanın Lakitelek kəndində Dünya Pauerliftinq Alyansının (WPA) keçirdiyi dünya çempionatında ciddi zədələnmişdim. Yarışda ilk yanaşmam 310 kq olmuşdu və bu nəticəni uğurla yerinə yetirmişdim. Oturub-durma hərəkətində bu göstərici mənə dünya çempionluğu titulunu zatən vermişdi. Lakin 325 kq çəkini də qaldırmağa cəhd etdim. Onda diz bağlarım qopdu və elə həmin gecə Macarıstanda əməliyyat olundum”.

    Ağır zədədən sonra pauerliftinq və benç-press üzrə Azərbaycan Kubokunda 1-ci yeri tutan Ramil Əhmədov zədədən sonra qayıdışı barədə Prosport.Az-a danışıb.

    Əvvəlcə 38 yaşlı idmançı aldığı ağır zədə barədə fikirlərini bölüşüb. R. Əhmədov əməliyyatdan sonrakı çətin reabilitasiya dövründən söz açaraq qeyd edib ki, 2 aya yaxın yerimək qabiliyyətini tamamilə itirib və ayaqları gipsdə qalıb. Gips çıxarıldıqdan sonra əzələ atrofiyası səbəbindən reabilitasiya prosesinə başlanılıb: 

    “İlkin bərpa dövrü Milli İdman Tibb və Reabilitasiya İnstitutunda həkim Rəşad Əhmədovun nəzarəti altında həyata keçirildi. Heç bir qurum mənə bu prosesdə maddi dəstək olmayıb. Daha sonra dostum Saleh Nəsirov tərəfindən tövsiyə olundu ki, Yeni Klinikada həkim Pərvin Əkbərovun yanında təmənnasız reabilitasiyaya başlayım. Məhz oradakı reabilitasiya və idman hərəkətləri sayəsində yenidən daha yaxşı formada yeriməyə başladım”.

    O, çətin günlərdə ona dayaq olan şəxslərə minnətdarlığını bildirib: “Bu dönəmdə yanımda olan komanda yoldaşlarım – Vüqar Namazov, Namiq Nuriyev, İlkin Namazov və Toğrul Əmirli mənə böyük dəstək göstərdilər. Məşqlərimdə dostum Pərviz Qasımov yaxından köməklik etdi. Heç bir maddi gəlirimin olmadığı bir vaxtda əməliyyat xərclərimi də mənə tanıyan dostlar və ətrafımdakı yoldaşlar öz aralarında pul toplayaraq ödədilər”.

    Onun sözlərinə görə, köhnə idmançıların ötən ay baş tutmuş Azərbaycan Kubokuna qayıtması yarışa xüsusi bir maraq və rəngarənglik qatıb: "Bunu sorğu edib də soruşa bilərsiniz, mənim iştirakım da hamıya maraqlı gəldi. Yarışda yeni Azərbaycan rekordu da qeydə alındı. Məhəmməd Hüseynov (məşqçisi Aydın0 Hümbətov) oturub-durma hərəkətində 350 kq nəticə göstərərək yeni rekorda imza atdı. Məhəmməd də sinə əzələsindən zədə aldı. O, uzun illər mütləq qaliblər arasında 1-ci olan Razim Hüseynovu üstələyərək Azərbaycan pauerliftinqində yeni bir dönəm açdı”.

    Pauerliftinqçi öz çıxışını da dəyərləndirib. O bildirib ki, 11 aylıq fasilədən sonra bu, ilk yarışı olub: "Eyni zamanda, bu federasiyada, Beynəlxalq Pauerliftinq Federasiyası (IPF) versiyası üzrə keçirilən ilk yarışım olduğu üçün daha həyəcanlı idim. Qaydalar tamamilə fərqli idi. Qaldırdığım çəkidən razı deyiləm. Çünki əvvəllər daha yaxşı nəticələrim olub. Təchizatlı şəkildə sinədən 260 kq, təchizatsız 220 kq qaldırmışam. Avropa çempionatında 215 kq-la bu hərəkətin ümumi divizionunda Avropa rekordunu yeniləmişəm. Həmin vaxt 100 kq çəki dərəcəsində çıxış edirdim. İndi isə 104-105 kq çəki kateqoriyasında 1-ci oldum. Rəqiblərim də zəif deyildi.

    Bir qədər daha yaxşı hazırlıq keçə bilsəydim, nəticəm də daha yüksək olardı. Hazırlığım istədiyim səviyyədə olmadığı üçün 205 kq qaldırdım. Lakin 210-215 kq qaldırsaydım, yarışın mütləq qalibi də ola bilərdim. Nəticədə 205 kq-la mütləq qaliblər arasında 3-cü yeri tutdum".

    Səbuhi Musa

    Digər idman növləri

    MOK "Dakar-2026"dakı bayraqdarlarımızı açıqladı

    28.10.2026 16:13:16
    Digər idman növləri

    Ciddi zədədən sonra yarışa qatılıb 1-ci olan idmançı: "Heç bir qurum mənə maddi dəstək olmadı"

    28.10.2026 09:24:27
    Digər idman növləri

    Özbəkistanın idman naziri Respublika Velotrekində olub

    26.10.2026 20:13:01
    Digər idman növləri

    Azərbaycanda bu federasiyanın yeni baş katibi təsdiqləndi

    26.10.2026 14:20:41
    Stolüstü oyunlar

    Azərbaycan komandasının 2 üzvü Avropa Kubokunda medal qazandı

    24.10.2026 15:14:37
    Stolüstü oyunlar

    Şəhriyar Məmmədyarovun komandası Avropa Kubokunun qalibi oldu

    23.10.2026 23:43:05
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Növbəti oyunlarda qələbələr qazanaraq təcrübələrini artıracaqlar" - Famil Xəlilov

    28.10.2026 20:20:03

    "Qarşımızda güclü akademiyaların komandaları dayanır" - Rəşad Sadiqov

    28.10.2026 20:03:23

    "Araz-Naxçıvan" ikinci oyunda Bosniya və Herseqovina klubuna uduzdu

    28.10.2026 19:57:51

    "Neftçi" Rumıniya klubuna uduzdu

    28.10.2026 19:17:48

    "Bu görüşün təxirə salınması üçün müraciət etməyi düşünürük" - "Qarabağ"ın baş məşqçisi

    28.10.2026 18:47:39

    "Finalda sevimli fəndimi işlətdim, amma sonra olanlar planlarımı pozdu" - Dünya 2-cisi

    28.10.2026 18:13:33

    Azərbaycan Kuboku: "Şəfa" darmadağınla "Neftçi"yə rəqib oldu

    28.10.2026 17:56:23

    "Qarabağ" - "Dinamo": Azərbaycan çempionu ilk dueli uduzdu

    28.10.2026 17:24:10

    "Səbail"in prezidenti təhqirə görə ağır cəza aldı

    28.10.2026 16:59:11

    "Neftçi"nin legionerinə 2 oyunluq cəza, "Qarabağ"a 6 min cərimə

    28.10.2026 16:51:29

    "Məqsədimiz “Sportinq”i keçməkdir" – Füzuli Musayev

    28.10.2026 16:33:51

    MOK "Dakar-2026"dakı bayraqdarlarımızı açıqladı

    28.10.2026 16:13:16

    Azərbaycan klubu "Sportinq"lə oyunlar üçün 8 legioner sifariş verib – ADLAR

    28.10.2026 16:06:29

    Azərbaycan Kuboku: Daha 3 komanda növbəti mərhələdə

    28.10.2026 16:00:57

    Azərbaycan Premyer Liqasında çempionluq şansları: Favorit kimdir?

    28.10.2026 15:15:57
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved