Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    AGF-də regional güləş koordinatorları ilə görüş keçirildi
    17.10.2026 23:43:54

    Azərbaycan Güləş Federasiyasının (AGF) regional güləş koordinatorları ilə görüş keçirilib.

    Prosport.Az xəbər verir ki, Azərbaycanın coğrafi-iqtisadi bölgüsünə uyğun olaraq, 14 regional nümayəndəlik formalaşdırılıb.

    Görüş çərçivəsində nümayəndəliklər üzrə koordinatorların vəzifə öhdəlikləri, fəaliyyət planları, regionlarda güləşin inkişaf strategiyası və mövcud çətinliklər müzakirə olunub. Müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb, irəli sürülən təkliflər dəyərləndirilib.

    2 gün davam edən proqram çərçivəsində iştirakçılar AGF-nin strukturu və strategiyası, regional inkişaf strategiyası, vahid təqvim planı, yarışların təşkili və onlayn məlumat bazası ilə bağlı təqdimatlarla tanış olublar.

    Görüşün ilk günündə AGF-nin strukturu və strategiyası barədə ətraflı məlumat verilib, regional inkişaf strategiyası təqdim olunub. Daha sonra regionların inkişaf istiqamətləri üzrə qrup işi aparılıb və fəaliyyət planları müzakirə edilib. Bu çərçivədə regional səviyyədə prioritetlərin müəyyənləşdirilməsinə və qarşıdakı dövr üçün görüləcək işlərin planlaşdırılmasına diqqət yetirilib.

    Proqramın ikinci günündə vahid təqvim planı, yarışların təşkili, onlayn məlumat bazasının fəaliyyəti, eləcə də sənəd və şablonlardan istifadə qaydaları barədə təqdimatlar keçirilib. Həmçinin regional koordinatorların fəaliyyətinin planlaşdırılması və hesabatlılıq mexanizmləri ilə bağlı məsələlər nəzərdən keçirilib.

    Günün davamında koordinatorlar hər birində 3 nəfər olmaqla komandalara bölünüb. Onlar verilən tapşırıqlar əsasında təqdimatlar hazırlayaraq çıxış ediblər. Ən yaxşı təqdimatla fərqlənən komanda xüsusi hədiyyə ilə mükafatlandırılıb. Bununla yanaşı, iştirakçılar arasında komandaqurucu oyunlar təşkil olunub. Bu fəaliyyətlər komanda ruhunun gücləndirilməsinə, ünsiyyətin inkişafına və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə xidmət edib.

    Tədbirin əsas məqsədi regional fəaliyyətin koordinasiyasını gücləndirmək, idarəetmədə vahid yanaşmanı təmin etmək və ölkəmizdə güləşin davamlı inkişafına töhfə vermək olub. Görüş qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi, koordinatorlar arasında təcrübə mübadiləsinin aparılması və əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyət daşıyıb.

    Güləş

    2 güləşçimiz Las-Veqasda dünya 3-cüsü oldu

    18.10.2026 15:24:04
    Güləş

    AGF-də regional güləş koordinatorları ilə görüş keçirildi

    17.10.2026 23:43:54
    Güləş

    Namiq Əliyev UWW prezidenti olmaq istəyir – Laloviçi məhkəməyə verdi

    17.10.2026 00:38:49
    Güləş

    Dünya çempionatında 2-ci gümüş medal

    16.10.2026 09:00:51
    Güləş

    AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir - FOTO

    15.10.2026 19:22:49
    Güləş

    Günay Qurbanova finalda, Ruslan Nurullayev dünya 3-cüsü oldu

    15.10.2026 10:00:35
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37

    Balıqçılarımız gümüş medal qazanıblar - FOTO

    19.10.2026 19:46:24

    "Qadın voleybolu daha zərif və baxımlı görünür” - "Turan"ın prezidenti

    19.10.2026 19:23:10

    "Sabah" - "Barselona" matçının biletləri satışda

    19.10.2026 18:40:16
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved