Azərbaycan Güləş Federasiyasının (AGF) sabiq I vitse-prezidenti Namiq Əliyev Dünya Güləş Birliyinə (UWW) namizədliyini irəli sürüb.
Prosport.Az-ın xəbərinə görə, oktyabrın 6-da bu namizədlik təsdiqlənib.
Onun əsas rəqibi isə 2013-cü ildən UWW-nin prezidenti olan Nenad Laloviçdir. Serbiyalı 3-cü dəfə namizədliyini irəli sürüb. N.Əliyev isə 3-cü dəfə namizədliyin qanunsuz olduğunu iddia edir və onu məhkəməyə verib.
Oktyabrın 23-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək güləş üzrə dünya çempionatından öncə UWW Konqresi keçiriləcək. Orada seçki baş tutacaq
Bizdə olan məlumata görə, N.Əliyev fərdi şəkildə namizədliyini irəli sürüb.
Qeyd edək ki, Namiq Əliyev hazırda UWW-nin Büro üzvüdür. O daha əvvəllər bu qurumda İcraiyyə Komitəsinin üzvü kimi də fəaliyyət göstərib. N.Əliyev bu ilin əvvəlinədək AGF-də I vitse-prezident vəzifəsində çalışıb.
