Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Zədələr məni o qədər yorub ki..." - Rəşad Sadıqov
    10.10.2026 20:08:22

    "Zirə" Azərbaycan Premyer Liqasının VII turunda doğma meydanda "Şamaxı" ilə 1:1 hesablı heç-heçə edib.

    Prosport.Az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    - Olduqca ağır oyun keçdi. 3 həftə idi matça hazırlaşırdıq. Hər zaman futbolçulara deyirdik ki, gərgin və yorucu oyun olacaq. Elə də oldu. 1-ci hissə bizim üçün uğurlu keçdi. Yaxşı epizodlardan istifadə edə bilmədik. 2-ci hissədə rəqib uzaqdan zərbə vurdu. Ona qol epizodu da demək olmur. Ondan sonra hesabı bərabərləşdirdik. Yaxşı hücumlarımız var idi. Təəssüf ki, 2-ci qolu vura bilmədik. Bu periodda ağır çətinliklər içərisində xal qazanmaq asan deyildi. Şükürlər olsun ki, ən azı 1 xal qazandıq.

    - Milli fasilə sizə xeyir verdi?

    - Təəssüf ki, bəzi oyunçularımız zədələndi. İssa Cibrilla və Quima sıradan çıxdı. İki həftədir ki, Papunaşvilinin temperaturu var idi. Hadisələr üst-üstə gəlir. Danışdıqca daha çox olur. Papunaşvili bir məşq edib, Eren Aydın da. Məndən olsa, meydana buraxmazdım. Leqbonun da zədədən sonra ilk oyunu idi. Meydana buraxacaq oyunçu yox idi. Tendensiya davam edir. Qapımıza bir zərbə gəldi, o da qol oldu.

    - Futbolçularınızın zədələnməsini nə ilə əlaqələndirirsiniz?

    - Leqbonun çiyni çıxdı. Papunaşvili iki həftədir yatır. Cibrillanı Tovuzda 60-cı dəqiqədə dəyişdim ki, yorulmuşdu. Millidə zədələndi. Ktatunun sümüyü qırıldı. Qəribə hadisələr çox baş verir. Ardıcıl dörd ağır oyun keçirdik. Belə oyunlar oynadıqda problemlər yaşayırsan. Bəlkə də çətin qrafikdə həmin hadisələr üst-üstə gəldi. Edəcək bir şey yoxdur. Çalışacağıq ki, sağlam futbolçularla nəsə yaradaq. Məcbur sistemi dəyişirik, başqa şeylər fikirləşirik. Leqbonu sol müdafiəçi kimi düşünürdük, Bayereni isə hücumda. Amma Leqbonu məcburiyyətdən önə atdıq.

    - "Zirə" 6 oyuna 10 xal qazandı. Fasilədən sonra stabil nəticələr qazanacağınızı düşünmək olardı. "Şamaxı" qarşısında 2 xal itirildi. Növbəti turda ağır Gəncə səfəri var...

    - Doğrudur. Biz də düşünürük ki, evdəki oyunlardan maksimum nəticə ilə ayrılmaq lazımdır. Amma rəqibləri bölmək olmur. "Şamaxı" da bu oyuna qədər gücünü göstərmişdi. Gəncədə isə bizi dolu tribuna qarşısında nələrin gözlədiyini bilirik. İstəmədiyim durumdayıq. Mövsümün əvvəlində başqa şeylərə hazırlaşmışdıq, amma başqa şeylər görürük. 8-9 zədəli futbolçumuz var.

    - Anar Nəzirovun durumu nə yerdədir? Ondan istifadə etmək istəyirsiniz?

    - Anar karyerasını bitirmək istəyirdi. O, bu mövsüm 3-cü və köməkçi qapıçı profilindədir.

    - İssa Cibrillanın durumu nə yerdədir?

    - Zədələr məni o qədər yorub ki... İssa mesaj göndərəndə ki, zədələnmişəm, bilmədim, nə fikirləşim. Çox yaxşı futbolçudur, istədiyimiz futbolçulardandır. Görünən odur ki, 2-3 həftə olmayacaq.

    - Sabiq qapıçınız Tyaqo Silvanın atdığı addımı necə şərh edərdiniz? "Zirə" kimi iddialı komandada "bir nömrə" idi, müqaviləni artırmaq istəmədi, sonda isə autsayder komanda olan "Şəfa"ya keçdi...

    - Silva həm azarkeşlərin, həm də məşqçi heyətinin sevdiyi oyunçulardan idi. Ötən mövsümün bitməsinə 1-2 ay qalmış ona müqavilə təklif etmişdik. Gedənə qədər necə oldusa, imzalaya bilmədik. Bir az da düşünmək istədi. Biz də bildirdik ki, avrokuboklara hazırlaşırıq. 2-3 həftə vaxt istədi. Onu da başa düşürəm. Bəlkə daha yaxşı təklifləri var idi. Amma istəmirdik ki, bizdən ayrılsın. "Şəfa" kimi yaxşı komandaya keçib. Ona uğurlar arzulayıram.

    Futbol

    "Sumqayıt" "Qəbələ"ni böyük hesabla məğlub etdi

    10.10.2026 21:24:41
    Futbol

    "Zədələr məni o qədər yorub ki..." - Rəşad Sadıqov

    10.10.2026 20:08:22
    Futbol

    "Edqarla bağlı iddialar tamamilə əsassızdır" - Azər Bağırov

    10.10.2026 19:49:58
    Futbol

    “Sumqayıt” - “Qəbələ”: HEYƏTLƏR

    10.10.2026 19:05:33
    Futbol

    Premyer Liqa: "Zirə" - "Şamaxı" matçında bərabərlik - VİDEO

    10.10.2026 19:01:50
    Futbol

    "Zirə" - "Şamaxı": Heyətlər

    10.10.2026 16:53:53
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Dünya çempionatının bayrağı Bakıdan alınıb, Astanaya təhvil verildi – FOTOLAR

    10.10.2026 21:48:26

    "Sumqayıt" "Qəbələ"ni böyük hesabla məğlub etdi

    10.10.2026 21:24:41

    Azərbaycanın cüdo nümayəndələrinə sertifikat təqdim olunub - FOTO

    10.10.2026 20:35:54

    ABL: "Neftçi" "Ordu"dan üstün oldu

    10.10.2026 20:28:18

    "Zədələr məni o qədər yorub ki..." - Rəşad Sadıqov

    10.10.2026 20:08:22

    "Los - Ancelesdən medal gətirəcəm" - Kənan Nəsibov

    10.10.2026 20:05:12

    "Kür" APOEL-ə böyük hesabla qalib gəldi

    10.10.2026 20:03:24

    "Edqarla bağlı iddialar tamamilə əsassızdır" - Azər Bağırov

    10.10.2026 19:49:58

    Dünya çempionatı: Fərdi mübarizəni 7 medalla bitirdik

    10.10.2026 19:49:02

    "Taktiki səhvə yol verdim" - Uşanqi Kokauri

    10.10.2026 19:39:14

    Avropa Avarçəkmə Federasiyasının prezidenti Su İdmanı Federasiyasında olub - Fotolar

    10.10.2026 19:36:41

    Dünya çempionatı: Uşanqi Kokauri finalda uduzdu

    10.10.2026 19:09:51

    “Sumqayıt” - “Qəbələ”: HEYƏTLƏR

    10.10.2026 19:05:33

    Premyer Liqa: "Zirə" - "Şamaxı" matçında bərabərlik - VİDEO

    10.10.2026 19:01:50

    "Bu səviyyədə rəqiblə qarşılaşmaq bizim üçün yaxşı oldu" - Ərhan Tokər

    10.10.2026 18:33:48
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved