Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı çərçivəsində Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatların təqdimetmə mərasimi keçirilib.
Prosport.Az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan mərasimdə sertifikatları Beynəlxalq Cüdo Federasiyasının Təhsil və Məşqçilik üzrə direktoru Mohamed Meridja təqdim edib.
7-ci dan dərəcəsinə Elçin İsmayılov və Fərhad Məmmədov layiq görülüb. 6-cı dan dərəcəsi isə Elxan Məmmədov, İrina Kindzerskaya, Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüfət İsmayılov və Mübariz Cəfərova təqdim olunub.
Qeyd edək ki, dan dərəcələri cüdoda yüksək ustalıq, bilik və təcrübə səviyyəsini ifadə edir.








