"Sabah" basketbol komandası FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə ilk oyununa çıxacaq.
Prosport.Az xəbər verir ki, Azərbaycan çempionu A qrupundakı 1-ci qarşılaşmasını Litvada "Ritas"a qarşı keçirəcək.
Görüş bu gün, Bakı vaxtı ilə saat 20:30-da "Vilnüs Arena"da start götürəcək.
Xatırladaq ki, A qrupunda Fransanın "Nanter 92" və Türkiyənin "Trabzonspor" klubları da yer alıblar.
