Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Basketbol
    Qadın basketbolçulardan ibarət millimizdə yunanıstanlı baş məşqçi
    29.09.2026 10:24:50

    İoannis Diamantakos qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi və bütün yaş qrupları üzrə qadın milli komandalarının koordinatoru təyin olunub.

    Prosport.Az xəbər verir ki, Azərbaycan Basketbol Federasiyası yunanıstanlı mütəxəssislə 2 il müddətinə müqavilə imzalayıb.

    Son olaraq Səudiyyə Ərəbistanının AlUla klubunun baş məşqçisi kimi fəaliyyət göstərən Diamantakos milli komandalar və peşəkar klublar səviyyəsində zəngin beynəlxalq təcrübəyə malikdir.

    O, Livan Basketbol Federasiyasında texniki koordinator, Livanın qadınlardan ibarət əsas milli komandasının, eləcə də U-18 oğlan və qız milli komandalarının baş məşqçisi vəzifələrində çalışıb. Mütəxəssis, həmçinin Fələstinin kişilərdən ibarət əsas milli komandasına və Rumıniyanın U-20 milli komandasına rəhbərlik edib.

    Klub səviyyəsində Yunanıstan, Rumıniya, Fələstin və Səudiyyə Ərəbistanında fəaliyyət göstərən Diamantakosun məşqçilik karyerasında U-18 qadınlar arasında FIBA Asiya Kubokunun B divizionunda və U-18 WABA turnirində qazanılmış gümüş medallar, Fələstin Basketbol Liqası çempionluğu və Yunanıstanda iki liqa çempionluğu yer alır. O, həmçinin komandaları ilə FIBA Europe Cup-da ən güclü səkkizlikdə yer alıb və FIBA U-20 Avropa çempionatını beşinci pillədə başa vurub.

    Basketbol sahəsindəki fəaliyyətindən əlavə, İoannis Diamantakos psixologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə malikdir. 

    Diamantakosun əsas milli komanda ilə qarşıdakı hədəfi 2026-cı ilin noyabrında və 2027-ci ilin fevralında keçiriləcək FIBA-nın qadınlar arasında 2029-cu il Avropa çempionatının ilkin seçmə mərhələsində rəqabətədavamlı çıxış etməkdir. Bu turnir gələcək üçün mühüm təcrübə qazandırmaqla yanaşı, 2027-ci ilin yayında keçiriləcək FIBA-nın qızlar arasında U-16, U-18 və U-20 Avropa çempionatlarına hazırlıq baxımından da faydalı olacaq.

    Yeni təyinatı ilə bağlı İoannis Diamantakos bildirib: “Azərbaycan Basketbol Federasiyasına qoşulmaq mənim üçün həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Mənə göstərilən etimada görə Federasiyaya və onun rəhbərliyinə minnətdaram. Əsas milli komandanı qarşıdakı çağırışlara hazırlamaqla yanaşı, bütün yaş qrupları üzrə milli komandalar arasında aydın inkişaf yolu qurmaq üçün birlikdə çalışmağı səbirsizliklə gözləyirəm. Məqsədimiz davamlı inkişaf və Azərbaycan basketbolunun uğurlu gələcəyi üçün möhkəm təməl yaratmaqdır”.

    Top oyunları

    "Qalatasaray"ın sabiq baş məşqçisi Azərbaycan millisində

    29.09.2026 10:53:29
    Top oyunları

    Qadın basketbolçulardan ibarət millimizdə yunanıstanlı baş məşqçi

    29.09.2026 10:24:50
    Top oyunları

    "Sumqayıt" ucaboy hücumçu transfer etdi

    28.09.2026 18:11:49
    Top oyunları

    "Sumqayıt" növbəti transferini açıqladı

    28.09.2026 15:41:55
    Voleybol

    Yeni hücumçu ilə 1 illik müqavilə imzalandı

    28.09.2026 15:15:25
    Top oyunları

    "Turan"dan Çempionlar Liqası jesti: Biletlər pulsuz olacaq

    28.09.2026 14:46:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    FIFA AFFA-ya 10 milyon ayıracaq?

    29.09.2026 11:42:11

    "Xankəndi"nin yeni baş məşqçisi bilindi

    29.09.2026 11:11:04

    "Qalatasaray"ın sabiq baş məşqçisi Azərbaycan millisində

    29.09.2026 10:53:29

    Qadın basketbolçulardan ibarət millimizdə yunanıstanlı baş məşqçi

    29.09.2026 10:24:50

    Türkiyə klubu Nəriman Axundzadədən imtina edir

    29.09.2026 10:00:46

    Bratislavada medal yağışı

    28.09.2026 23:45:04

    Millimiz baş məşqçisi jurnalistlərin önünə çıxacaq

    28.09.2026 23:14:12

    II Liqada 4 oyunda 22 qol

    28.09.2026 22:37:47

    Su İdmanı Federasiyası Füzuli sakinləri ilə görüş keçirdi - FOTOLAR

    28.09.2026 22:06:42

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59

    Boksçularımız Çində 10 medal qazandı

    28.09.2026 20:15:54

    Mingəçevir Reqatasının püşkü atıldı - FOTOLAR

    28.09.2026 19:40:16

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved