Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçiriblər.
Prosport.Az xəbər verir ki, qadınlardan ibarət komanda IX turda Çexiyanı 4:0 hesabı ilə üstələyib.
Kişi şahmatçılar isə Ermənistandan olan rəqiblərinə uduzublar - 1,5:2,5. Məlumat üçün bildirək ki, ötən gün qadın yığması da ermənilərlə dueldən məğlub ayrılmışdı.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.
