Bakıda keçiriləcək 15 yaşadək (U-15) oğlan futbolçuların dünya çempionatı və festivalın oyunların baş tutacağı Hövsan Yarış Kompleksində artıq tamamlanma işləri gedir.
Prosport.Az-ın xəbərinə görə, Hövsanda 12 hektarlıq ərazidə 10 süni örtüklü meydança salınır.
Hər meydança 2 hissəyə bölünərək 68x47 metr ölçüsündə oynanılacaq (daha ətraflı bu xəbərdə).
Qeyd edək ki, ilk dəfə keçiriləcək U-15 dünya çempionatının açılış matçı 24 oktyabrda və final qarşılaşması 30 oktyabrda Bakı Kristal Zalında keçiriləcək. Digər 948 matç Hövsan Yarış Kompleksində baş tutacaq.
