Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Bakıdakı futbol üzrə dünya çempionatı ilə bağlı yeni detallar ortaya çıxdı
    21.09.2026 09:47:03

    15 yaşadək oğlan futbolçular (U-15) arasında ilk dəfə keçiriləcək dünya çempionatı və festivalı üçün yeni məqamlara aydınlıq gəlib.

    Prosport.Az-ın xəbərinə görə, Suraxanı rayonu ərazisində 12 hektarlıq ərazidə salınan Yarış Kompleksində 10 yüksək keyfiyyətli süni ot örtüyünə malik meydança tikilir. 

    Oyunlar zamanı meydançalar 2 hissəyə bölünəcək və hər hissəsində matçlar keçiriləcək. Meydançaların ölçüləri 68x47 metr uzunluğundadır. Lakin standart ölçülü qapılardan (7,32x2,44 metr) istifadə olunacaq. Komandalar meydana 2011-2012 təvəllüdlü futbolçularla meydana çıxa biləcək.

    U-15 dünya çempionatı və festivalının açılış mərasimi və oyunu oktyabrın 24-də Bakı Kristal Zalında (Baku Crystal Hall) keçiriləcək. Bağlanış mərasimi və final oyunu da 30 oktyabrda yenə eyni məkanda keçiriləcək. Oyunlar hər hissəsi 20 dəqiqədən ibarət olmaqla 40 dəqiqəlik təşkil olunacaq. Meydançada hər komandadan 8 futbolçu iştirak edəcək. Fasilə 5 dəqiqə olacaq.

    Əvəzetmələr limitsiz baş tutacaq. Yan xətdən topun oyuna daxil edilməsi əllə yox, ayaqla olacaq. Ofsayd qaydası yalnız qapılara yaxın zonalarda tətbiq ediləcək. Qapıdan 23 metr məsafəyədək ofsayd zonası sayılacaq. Hər oyunu 2 hakim idarə edəcək.

    Oyunlar saat 09:00-da başlayacaq. Günün son matçı saat 20:45-də start götürəcək. 1000-ə yaxın (950) matç 6 oyun günü ərzində keçiriləcək. Gün ərzində hər meydançada 10-dək matç baş tutacaq.  

    Bu dünya çempionatında 191 ölkə yarışacaq. Onlar 32 təsnifat qrupuna bölünəcək. I qrupunda 5, digər qruplarda 6 komanda olacaq. Millimiz ən sonuncu qrupda – AF-də yer alıb. Rəqiblərimiz Andorra, Avstraliya, Haiti, İsrail və Şərqi Timor milliləridir.

    Qrupdakı yerlər komandaların növbəti mərhələdə hansı yerlər uğrunda mübarizə aparmasını müəyyənləşdirəcək. Məsələn, qruplara 1-ci yer tutan komandalar A, 2-ci yer tutan B, 3-cü yer tutan C, 4-cü yer tutan D, 5-ci yer tutan E və sonuncu yeri tutan F səviyyəsində mübarizəsini davam etdirəcək. Hər səviyyənin qalibi (6 komanda) olacaq. Lakin yalnız A səviyyəsinin qalibi dünya çempionu hesab ediləcək. Əsas mərhələdə hesab bərabər olarsa, birbaşa penaltilərə keçiləcək.

    Qonaq komandalar oktyabrın 22-də Bakıya gələcək, əvvəl də xəbər verdiyimiz kimi, Atletlər Kəndində məskunlaşacaq və ayın 23-də məşq keçəcəklər. 24 oktyabrda 95 oyun baş tutacaq. Böyük ehtimalla, açılış matçı meydan sahibi Azərbaycan millisinin iştirakı ilə gerçəkləşəcək.

    25, 26, 28, 29 oktyabrda 190 oyun keçiriləcək. 27 oktyabr turnirdə istirahət günüdür. Sonuncu gün – 30 oktyabrda isə 95 matç baş tutacaq. Sonuncu gün medalları müəyyənləşdirəcək 6 qarşılaşma olacaq. 31 oktyabrda isə komandalar Azərbaycanı tərk edəcək.

    Qeyd edək ki, Rusiyanın iştirakına görə Ukrayna, Almaniya, Niderland, İslandiya kimi ölkələr yarışda mübarizə aparmayacaq. Həmçinin, ABŞ və Şimali Koreya milliləri də Bakıya gəlməyəcək. Ümumiyyətlə, FIFA-ya üzv 205 assosiayadan cəmi 14-ü bu turnirdə təmsil olunmayacaq.

    Futbol

    "Səbail" və "Xankəndi"dən qələbə, "Mingəçevir" uduzdu

    15.10.2026 17:39:34
    Futbol

    AFFA-da lisenziyalaşdırma mövsümünün açılış iclası keçirildi

    15.10.2026 17:11:53
    Futbol

    "Sabah"ın qapıçısı Kurtua ilə eyni sırada

    15.10.2026 16:14:10
    Futbol

    Çempionlar Liqası: Stas Pokatilov rəmzi komandada

    15.10.2026 15:43:37
    Futbol

    Millimiz dünya çempionatının pley-offunda - YENİLƏNİB

    15.10.2026 15:10:36
    Futbol

    Almanlar "Sabah"dan çəkinir

    15.10.2026 13:48:32
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Səbail" və "Xankəndi"dən qələbə, "Mingəçevir" uduzdu

    15.10.2026 17:39:34

    AFFA-da lisenziyalaşdırma mövsümünün açılış iclası keçirildi

    15.10.2026 17:11:53

    Cüdo millimizin Asiya Açıq Turniri üçün heyəti bilindi

    15.10.2026 16:45:28

    "Sabah"ın qapıçısı Kurtua ilə eyni sırada

    15.10.2026 16:14:10

    Çempionlar Liqası: Stas Pokatilov rəmzi komandada

    15.10.2026 15:43:37

    Millimiz dünya çempionatının pley-offunda - YENİLƏNİB

    15.10.2026 15:10:36

    Komandamız Avropa çempionatının finalında

    15.10.2026 14:40:59

    Azərbaycanı Avropa Kubokunda bu komandalar təmsil edəcək

    15.10.2026 14:18:51

    Almanlar "Sabah"dan çəkinir

    15.10.2026 13:48:32

    Azərbaycan klubunda braziliyalı hücumçu

    15.10.2026 13:10:33

    Millimiz ilk dəfə Lənkəranda rəsmi oyun keçirəcək

    15.10.2026 12:41:42

    "Mahir hər keçən oyunda sanki sönür" - Polşa mətbuatı

    15.10.2026 12:22:49

    Yığmamız Gürcüstanda 4 medal qazandı

    15.10.2026 11:43:32

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    15.10.2026 11:13:13

    "Qarabağ" - "Neftçi" oyunu FIFA referisinə tapşırıldı

    15.10.2026 10:51:47
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved