Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında VI turun partiyaları oynanılır.
Prosport.Az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov qadınların yarışında keçirilən Azərbaycan - Qazaxıstan matçında ilk gedişi edərək görüşə start verib.
VI turda kişilərdən ibarət Azərbaycan millisi Argentinayla, qadın şahmatçıların yığması isə Qazaxıstanla mübarizə aparır.
Qeyd edək ki, kişilərdən ibarət yığma 8 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. Qadınlardan ibarət komanda isə 10 xalla 4-cü sıradadır.
