Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    "Rəşidin bu uğuru Hidayət Heydərov üçün də əlavə həvəsdir" – Fərhad Məmmədov
    19.09.2026 09:20:52

    Bu ay Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş cüdo üzrə “Böyük Dəbilqə” turnirində Azərbaycan idmançısı Rəşid Məmmədəliyev (73 kq) bütün rəqiblərinə üstün gələrək qızıl medal qazandı. 

    "Atilla" İdman Klubunun rəhbəri Fərhad Məmmədov Prosport.Az-a müsahibəsində klubunun yetirməsinin uğurlu cıxışı, 73 kiloqram çəki dərəcəsindəki daxili rəqabət və digər məsələlər barədə danışıb.

    – Rəşid Məmmədəliyevin Budapeşt turnirindəki çıxışını və qazandığı qızıl medalı necə dəyərləndirirsiniz?
    – Rəşid turnir boyunca ümumən çox yaxşı güləşdi. Tatamidə özünü çox rahat və inamlı hiss edirdi, rəqiblərinə qarşı gözəl mübarizə nümayiş etdirdi. Görünürdü ki, çox yaxşı formadadır. Qarşıdan gələn dünya çempionatı öncəsi belə yüksək formada olmaq idmançı üçün çox mühüm amildir. Qeyd edim ki, turnirdə yalnız Rəşid Məmmədəliyev deyil, 81 kq-da bürünc medal qazanan digər cüdoçumuz Vüsal Qələndərzadə də "Atilla" idman klubunun yetirməsidir.

    – Rəşidin turnir boyunca keçirdiyi görüşlərdən xüsusilə hansı yaddaqalan oldu? Rəqiblərdən hansı ona daha çox müqavimət göstərdi?
    – Yaponiyalı idmançı Şusuke Uçimura ilə olan yarımfinal görüşü xüsusilə maraqlı keçdi və ən çox xoşuma gələn güləşi də elə o oldu. Rəşid tatamidə bir an belə dayanmırdı, davamlı hücumlar edirdi, rəqibinə nəfəs almağa imkan vermirdi. Öz aktivliyini və əzmkarlığını sonadak nümayiş etdirdi. Məhz bu dayanmadan apardığı mübarizənin nəticəsi idi ki, sonda yaponiyalı cüdoçunu fəndə salaraq qələbə qazandı. Finaldakı rəqibi isə İsveçi təmsil edən erməni əsilli gənc idmançı Narek Vardanyan idi və ona da qalib gələrək çempion oldu.

    – Hazırda 73 kq çəki dərəcəsində daxili rəqabət çox yüksəkdir. Bu rəqabət Rəşidə necə təsir edir?
    – Rəqabətin olması idmançılarımız üçün böyük üstünlükdür, bunun ziyanı yoxdur, ancaq xeyri var. Rəqabət mühitində idmançılar daha məsuliyyətli olur, istəkləri və əzmləri artır. Bir-birilərinə baxıb daha aktiv mübarizə aparır və nəticələr də yaxşılaşır. Əvvəllər də bu çəkidə böyük rəqabət var idi və bu, nəticələrdə özünü göstərirdi. Hidayət Heydərov ilə Rüstəm Orucov da yüksək nəticələr verirdi. İndi də eyni vəziyyətdir. Rəşidin bu uğuru Hidayət üçün də əlavə həvəsdir, o da daha çox çalışacaq. Rəşid də həmçinin Hidayətə baxıb öz üzərində daha çox işləyəcək. Qarşıdan Olimpiya Oyunları gəlir və hər iki idmançının əsas məqsədi Olimpiadaya düşməkdir.

    – Rəşid Məmmədəliyev hazırda dünya reytinqində 2 pillə də yüksələrək 5-ci sıradadır. Olimpiya çempionumuz Hidayət Heydərov isə 16-cıdır. Rəşidin “Los-Anceles 2028” Olimpiadasına lisenziya qazanmaq şanslarını necə qiymətləndirirsiniz?
    – Şanslarını çox yaxşı qiymətləndirirəm. Rəşidin lisenziya qazanmaq üçün kifayət qədər böyük potensialı var. O, çox zəhmətkeş, əzmkar idmançıdır, məşq etməyi çox sevir. Ən əsası, yüksək intizama malikdir. Bu keyfiyyətləri ona qarşıdakı "Böyük Dəbilqə" turnirlərində, Avropa və dünya çempionatlarında uğur qazanaraq lisenziya əldə etməyə imkan verəcək.

    – "Atilla" İdman Klubu Azərbaycan cüdosuna bir çox tanınmış simalar bəxş edib. Hazırda beynəlxalq arenada klubu hansı idmançılar təmsil edir?
    – Bəli, əvvəldən bizim klubun Orxan Səfərov, Rüstəm Orucov, Elmar Qasımov kimi tanınmış idmançıları olub. Hazırda da bu ənənə davam edir. Turan Bayramov, Vüsal Qələndərzadə, Nizami İmranov kimi idmançılarımız beynəlxalq yarışlarda ölkəmizi təmsil edir. Gənclər arasında isə Davud Namazlı Avropa 3-cüsü oldu. Klubumuzun idmançıları həmişə yaxşı nəticələr göstərib və bu uğurlu estafet bu gün də davam edir.

    Cavid Əliyev

    Futbol

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Cüdo

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Digər idman növləri

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Cüdo

    "Ömər özü dünya çempionu olmaq istəyirdi" – Onun qohumu Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Müsahibə

    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev

    8.10.2026 19:50:12
    Müsahibə

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    II Liqa: 2 oyuna 6 qol vuruldu

    12.10.2026 23:48:28

    Güləşçilərimiz Rusiyada 2 qızıl medal qazandı

    12.10.2026 23:14:47

    "Bakıdan qələbə ilə qayıtmaq istəyirik" - Tomaş Vlçek

    12.10.2026 22:45:55

    Puxaç "Sabah"a necə transfer olundu? - Bir keçidin hekayəsi - VİDEO

    12.10.2026 22:15:21

    Bakıda Çempionlar Liqası oyununa görə dəyişiklik

    12.10.2026 21:41:20

    "Sabah”ı "Barselona" ilə müqayisə edərdim" – "Slaviya"nın baş məşqçisi

    12.10.2026 21:13:47

    Kayak və kanoeçilərimiz Gürcüstanda yarışda iştirak edəcəklər - Fotolar

    12.10.2026 20:42:29

    Məşhur güləşçilərimiz ortaq idman zalı açdılar - FOTOLAR

    12.10.2026 20:18:58

    Bu federasiyaya yeni prezident seçildi

    12.10.2026 19:40:01

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07

    "Bəlkə onlar üçün asan rəqib kimi görünürük, amma nəyə qadir olduğumuzu bilirik" - Valdas Dambrauskas

    12.10.2026 18:48:12

    "Yaxşı nəticə ilə xalqımızı sevindirməyə çalışacağıq" - Rəhman Daşdəmirov

    12.10.2026 18:33:12

    Azərbaycan komandası Belarusda 1-ci oldu

    12.10.2026 18:06:59

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31

    "Hidayət Heydərovun çəki ilə bağlı böyük problemi var" - Riçard Trautman

    12.10.2026 17:36:45
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved