"Gəncə" basketbol komandası məşqçisi Zaur Məmmədovla müqavilənin müddətini yeniləyib.
Prosport.Az xəbər verir ki, 43 yaşlı mütəxəssislə qarşıdakı mövsümün sonunadək anlaşma imzalanıb.
Məmmədov baş məşqçi Martin Knejeviçə kömək edəcək məşqçilər korpusunda yer alıb.
